Ağlasığmaz hadisə - Qulağından canlı halda çıxarıldı - FOTOLAR


Və xəstəxananın həyətinə buraxıldı.

aglasigmaz-hadise
09.08.2019 14:36 1 dəq oxuma

Antalyada qeyri-adi hadisə yaşanıb.

TurpKimi.com türk mediasına istinadən xəbər verir ki, Ahmet Gök həyətyanı bağçasında ağac budadığı zaman sağ qulağında ağrı hiss etməyə başlayıb. Əvvəlcə qulağını arının sancdığını düşünərək əhəmiyyət verməyib. Ancaq ağrıların davam etdiyini görəndə dərhal xəstəxanaya gedib. Mikro kamerayla qulağı müayinə edən həkim şok olub və xəstənin qulağında kəpənəyin olduğunu aşkar edib. Həkimi təccübləndirən isə kəpəyin canlı olması, hətta qanaq çırpması olub.

Həkim kəpənəyi pinsetlə tutaraq canlı halda xəstənin qulağından çıxarıb. Qulaq pərdəsinə qədər gedən və orada ilişib qalan kəpənək çıxarıldıqdan sonra xəstəxananın həyətinə buraxılıb.

Həkim bu kimi hadisələrlə nadir hallarda qarşılaşdıqlarını bildirib və kəpənəyin özünü müdafiə etmək, gizlənmək məqsədiylə qulağa girə bildiyini qeyd edib. Kəpənək qulaq pərdəsinə zərər vermədiyi üçün xəstə evə buraxılıb.

Firuzə Alimova / TurpKimi.com