Ağ və sarı yumurta arasında nə fərq var? - Maraqlı izah


Niyə toyuqlar birini ağ, digərini sarı yumurtlayır?

ag-ve-sari-yumurta-arasinda-ne-ferq-var
29.06.2021 10:25 1 dəq oxuma

Bildiyimiz kimi ən gözəl protein qaynağı olan yumurtaların ağ və sarı rəngləri olur. Bəs bu rəng fərqinin nə məna verdiyini, ağ və sarı yumurta arasında nə fərqin olduğunu bilirisinizmi?

Ağ və sarı rəngli yumurta arasında qidalandırmaq baxımından fərq yoxdur. Yumurtanın faydalılığı toyuq və toyuğun qidalanması ilə bağlıdır. Rəng fərqi isə irsi səbəblərdən qaynaqlanır. Amma ağ və sarı yumurtalar arasında rənglərindən başqa heç bir fərq yoxdur. Həmçinin faydalılıq baxımından ikisi arasında fərq qoymağın heç bir mənası yoxdur. Yumurtanın faydalı olmasına təsir edən faktorlar toyuq cinsi və toyuğun yediyi qidalardır.

Yumurtanın rəngləri niyə fərqlidir?

Yumurtaların rənginin fərqli olmasının əsas səbəbi toyuğun yumurtladığı yumurtaları düşmənlərindən qorumasıdır. Toyuqlar yumurtalarını rəngləri ilə müdafiə edərək nəsillərinin davam etməsini təmin edirlər.

Yumurtaların rənglərinin fərqli olmasında irsi faktorlar da var. Həm bölgələrə, həm toyuqların növünə görə də yumurtaların rəngi dəyişə bilir. Bildirilir ki, ağ tüklü toyuqlar ağ yumurta, qırmızı tüklü toyuqlar isə sarı yumurta yumurtlayır.

Firuzə Alimova / TurpKimi.com

Yazılıb:21-05-2019