Rus qadınları hansı kişilərdən xoşlanır? - Pullu, yaraşıqlı, ya da HEÇ BİRİ


Özlərinə heyran olan bu qadınlar əslində kişilərdən nə istəyir?

rus-qadinlari-hansi-kisilerden-xoslanir
05.09.2019 10:38 2 dəq oxuma

Adətən gözəllikləri ilə dünyada özlərindən bəhs etdirən rus qadınların hansı kişiləri bəyəndikləri əks cinslər üçün daim maraqlı olub.

TurpKimi.com xarici mediaya istinadən mövzu ilə bağlı kişiləri maraqlandıran yazını təqdim edir:

- Kişilərin qadınlar qədər  güzgü qarşısında vaxt keçirməsi onlar üçün xoş olmayan bir şeydir. Bədən lasyonundan istifadə edib, manikür salonlarında vaxt keçirən kişilər onlarda şübhə yaradır. Bir sözlər, kişi çox çirkin olmasın və bir az da kobud olsa işlər qaydasındadır.

- Xarici görünüş çox vacib deyil. Fitness salonlarında əzələ yığan kişilər heç də qadınların bəyəndiyi tiplər deyil.

- Terapevt Vladislav Çubarovun sözlərinə görə, 1990-2000-ci illər Rusiyada feministlərin yüksəlişdə olduğu dövrlər olub. Hazırki qadınlar kişilərin hörmətsizliyindən və cinsi zarafatlarından şikayət etsələr də, kişilərlə eyni olduqları fikirdə deyillər. Sadəcə ənənəvi münasibətləri yaşayarkən özləri üçün bir qədər daha çoxunu istəyirlər. Məsələn, bir kişinin qadın üçün qapı açması və ya paltosunu geyinməkdə ona kömək etməsi kimi ümumi davranışlar...

- Ümumiyyətlə, rus qadınları özlərinə heyrandırlar və kişilərin də heç bir şərtsiz onlara heyran olmalarını istəyirlər.

- Bir rus qadını üçün kişinin pul qabının dolu olması deyil, gələcəklə bağlı hədəflərinin olması vacibdir. Kişinin maddi vəziyyəti bu gün üçün deyil, gələcək üçün önəmlidir. Ən əhəmiyyətlisi, kişinin pul qazanma istəyinin olması və qazandığı pulu ağıllı xərcləyə bilməsidir.

- Rus qadınların xoşlamadığı tip çox danışan kişilərdir. Bu kişilər ilk görüşdə cəlbedici gələ bilərlər, ancaq bu bir müddətdən sonra qadın “Nə vaxt faydalı iş görəcək? Davamlı danışır, nəsə iş görmək üçün enerjini hardan alacaq?” kimi suallar düşünməyə başlayacaq.

- Onlara görə söhbət üçün qız dostları, iş yoldaşları var, kişilər isə daha vacib şeylər üçündür.

Firuzə Alimova / TurpKimi.com