Nə rəng geyindiyini de - Sənə kim olduğunu söyləyək


Modelyer və stilist  David Zyla qarderobun müxtəlif rəng və geyimlərlə dolu olmasının adamı daha yaxşı və özündən əmin hiss etdirdiyini açıqlayıb.

ne-reng-geyindiyini-de
25.09.2022 13:25 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, psixoloqlara görə ən sevdiyiniz rəng sizi ətrafınızdakı insanların gözündə necə xarakterizə etdiyini göstərir.

Modelyer və stilist Karen Hallerə görə, qara ciddiyə alınan bir rəngdir.

Həqiqətən də psixologiya sahəsindəki araşdırmalara görə, qara rəng başqaları tərəfindən prestij, güc, ciddilik və zəkanın bir göstəricisidir. Qara paltar geyməyi seçən insanlar iddialı, məqsədli və eyni zamanda həssasdır. Ümumiyyətlə, onu gizlətməyə çalışdıqları halda, romantik və asan həyəcanlanan tiplərdir.

Qəhvəyi rəngdə geyən insanlar ətrafdakı insanlar tərəfindən etibarlı və qərarlı şəxs kimi başa düşülürlər. 

Qəhvəyi  rəngdə geyinməyi sevən insanlar bir az mühafizəkar, böyüklərinə hörmət göstərən və hər vaxt hər şeydə sülh, sabitlik və güc axtararlar. Qəhvəyi rəngdə paltarlı bir qız və ya qəhvəyi rəngli  pencəkli adam etibarlı, ağıllı və şüurlu bir insan təəssüratı yaradır. 

Mavi 


Jurnalist və psixoloq Lisa Johnson Mandell mavi rəngin reportaj üçün ən yaxşı rəng olduğunu, çünki güvən və etibarlılıq gətirdiyini qeyd edib. 

"British Columbia" Universitetindəki alimlər rəngin təsiri haqqında etdiyi araşdırmalarda mavinin və mavi tonlarının sakitləşdirici rolu olduğunu üzə çıxardıblar. 

Yaşıl

Amsterdam Universitetinin alimləri yaşıl rəngin sizə və ətrafınızdakılara yaxşı təsir edəcəyini sübut ediblər. Yaşılı seçənlər aktiv, sosial, fəal, daim yaxşı bir bölgədə yaşayarlar və qərarlıdırlar. Eyni zamanda diqqətli, nəzakətli və yumşaq bir ürəyə sahibdirlər.

Qırmızı


Qırmızı tutqunun və gücün rəngidir. Birini razı salacaqsınızsa, ya da təsir edəcəksinizsə, bu rəngi seçməlisiniz.  İtalyan kişi geyim markası “Eredi Pisano”nun meneceri Kenny Frimpong bu fikirdədir. 

Rochester Universitetinin psixoloqları  kişilərin yaqut rəng tonu geyən qadınlara daha çox maraq göstərdiyini  üzə çıxardıb. 

Sarı


Mütəxəssislər geyimdəki sarı tonların aktiv, yaradıcı və həddindən artıq bir şeyə və ya bir kəsə bağlı insanlar tərəfindən sıxlıqla istifadə edildiyini üzə çıxardıblar. Sarıdan sıx istifadə edənlər kəşf və fəth etməyə hazır, parlaq xəyalpərəstlər və macəraçıdırlar.

Bənövşəyi

Keçmişdə bənövşəyi rəng zənginlik və  yüksək cəmiyyətin rəngi idi. Təcrübəli, sərvət və lüks mənasını verirdi. Kleopatra bənövşəyi rəngə vurğun idi.  O zamanlarda yalnız zənginlər bu cür bənövşəyi tonları geyməyi gözə ala bilərdi.

İndiki vaxtda bənövşəyi rəng, yaradıcılıq və sənət sevgisini təmsil edir. 

Yazılıb: 11.05.2021-ci ildə...

Vüsalə Əlövsətqızı, TurpKimi.com