Madonna - Kaş ki uşaqlarımın əlinə telefon verməsəydim!


Dünya ulduzu uşaqları ilə bağlı etiraf edib

madonna
27.04.2021 14:55 1 dəq oxuma

Dünyaca məşhur pop ulduzu Madonna səmimi və üzücü etiraf edib.

TurpKimi.com bildirir ki, məşhur popçu “Vogue” jurnalına səmimi açıqlamalar verib. Müğənni 13 yaşından uşaqlarına mobil telefon verdikdən sonra aralarındakı əlaqənin qopduğunu deyib.

Açıqlama zamanı uşaqları ilə bağlı danışan Madonna “uşaqlarıma 13 yaşları olanda mobil telefon verməklə xəta etdim. Telefon uşaqlarımla olan münasibətimi yox etdi. Əlbəttə, hamısıyla deyil, amma mobil telefonlar onların həyatının böyük hissəsinə çevrilib. Şəkillərin içində boğulublar və özlərini digər insanlarla müqayisə etməyə başlayıblar. Bu isə onların inkişafı üçün çox pisdir” deyib.

6 uşağı olan Madonna Portuqaliyanın Lissabon şəhərində yaşayır. Müğənni vaxtının çoxunu uşaqları məktəbə aparıb gətirməklə və kiçik oğlunu futbol oyunlarına aparmaqla keçdiyini, lakin özünü yalnız hiss etdiyini bildirib.

Madonnanın açıqlama zamanı etdiyi digər etiraf da diqqət çəkib. Belə ki övladlığa götürdüyü Davidin telefondan məhrum edildiyini və uşaqları arasında ən çox Davidin ona oxşadığını dilə gətirib. Madonna “ən çox ortaq məxrəcimiz onunla var. Məni anladığını görürəm” deyib.

Qeyd edək ki, Madonnanın övladlığa götürdüyü kiçik oğlu Lissabonun “Benfica” futbol klubunun akademiyasında təhsil alır.

Firuzə Alimova / TurpKimi.com