REKLAM

Gözlər sağlamlığınız haqqında nələrdən xəbər verir?


Gözlər sağlamlığınızın ümumi vəziyyəti haqqında düşündüyünüzdən daha çox şey söyləyir.

news
REKLAM

Gözlərdəki dəyişikliklər diabet və yüksək xolesterolu göstərə bilər. 

TurpKimi.com xəbər verir ki, Avstraliyalı göz həkimi Dr. Kerrie Meades gözlərdə müəyyən işarələrin hansı xəstəlikdən xəbər veridiyini  açıqlayıb. 

 İngilis dilli Daily Mail qəzeti oftalmoloqun açıqlamalarını dərc edib:

1. Buynuz qişa  (Kornea) ətrafındakı ağ halqalar 

Çox vaxt buynuz qişanın  ətrafındakı ağ halqa yaşlanmağın əlamətidir, ancaq yüksək xolesterola da işarə edə bilər.

Ümumiyyətlə zərərsiz olsa da, 45-dən az yaşınız varsa,  buynuz qişada ağ halqalar varsa həkimə müraciət edin. 

2. Sulu gözlər

Sulu gözlər kompüterdə çox  vaxt keçirdiyinizin  işarəsi ola bilər və ekranlardan uzaq durmağın zamanı gəldi deməkdir.  

Çarəsi rəqəmsal alətlərdən istifadə edərkən tez-tez gözü qırpmağa vərdiş etməkdir.  Davamlı olaraq  ekrana baxdığınızda göz qırpma sürətiniz azalır və göz yaşları sorulmur, bu da gözlərin sulandırır. 

Dr. Meades kompüter qarşısında olarkən mümkün qədər gözləri qırpmağı təklif edir. 

3. Göz ləkələri
Zaman-zaman  görərkən gözünüzün önündə gəzən o kiçik ləkələri gördünüzmü? 

O ləkələri ciddiyə almaq lazımdır. Meades bildirir ki, gözdə ləkələr yaşlanmağın normal hissəsidir. Amma normaldan daha çox olursa bu gözdəki  infeksiyanın göstəricisi ola bilər.

4. Sarı gözlər

Gözlərində saralma varmı? Bu, bədəninizdə nələrinsə səhv olduğuna dair qəti bir işarədir və bir mütəxəssisə müraciət edin. 

Dr. Seades qeyd edir ki,   gözlərin ağında saralma  qaraciyərdə problem olduğunu göstərir.

5. Quru gözlər

Quru gözlər  çoxumuz üçün ortaq bir problemdir  və mütəxəssislərə görə bunun normal səbəbi allergiyadır.

Nəyə qarşı allergiyanızın olduğunu tapın və anti-histamin dərmanlardan istifadə edə bilərsiniz. 

6. Səyirən gözlər

Müəyyən vaxtlarda hamımızın gözləri səyirir. Sadə səbəbi-çox stresslisən.

Həddindən artıq yorğunluq və stress həm üst, həm də alt qapağa təsir edə bilər.

Gözləriniz səyirirsə, demək ki istirahət etmək lazımdır. 


7. Buynuz qişada (kornea)  ağ ləkələr

Bu bir kornea infeksiyasının əlaməti ola bilər.

Korneada zədə olmadan infeksiyanın olması çox çətindir. Buna görə də kontakt linzalar istifadə edənlər arasında korneada ağ ləkələr çox görünür.  Gözünüzün sağlamlığı üçün linza istifadə edərkən təmizliyə ciddi şəkildə  riayət edin. 

8. Bulanıq görmə

Bulanıq görmə əsla gözardına vurulmamalıdır.  Həm göz problemləri, həm də diabet də daxil olmaqla hər cür şeyə işarə edə bilər.

Bulanıq görmə zaman-zaman diabetin işarəsi ola bilər. 

9. Qabarıq gözlər

Qabarıq gözlər yorğun və bir az daha yatmaq istədiyinizin  göstəricisidir. 

Bəzən həddindən çox qabarıq gözlər və uzun müddət davamlı olması infeksiyanın da göstəricisi ola bilər.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM