İnsan bədəniylə bağlı maraqlı məlumatlar - Qulağınızın böyüdüyünü hiss edirsiniz?


İnsan orqanizminin kəşf olunan yeni özəllikləri...

insan-bedeniyle-bagli-maraqli-melumatlar
07.05.2021 19:04 2 dəq oxuma

Hər bir insan öz bədənini tamamilə tanıdığını düşünür. Lakin insan bədəni ən təcrübəli mütəxəssisləri, həkim, professor və alimləri təəccübləndirəcək dərəcədə qarışıq və gizli bir mexanizmdir.

TurpKimi.com sirlərlə dolu olan insan bədəni haqda bəzi maraqlı məlumatları təqdim edir:

- Dünyada sadəcə 4 qan qrupu yox, əslində 29 qan qrupu var. Bunların ən nadir olanları Yaponiyada kiçik ailələr arasında yayılıb.

- İnsan gülümsəyərkən üzdəki əzələlərin 43-ü, ağlayarkən isə 17-si hərəkətə keçir.

- İnsan gözü 10 milyona qədər müxtəlif rəngləri ayırd edə bilir. Lakin bunun çoxunu xatırlamır.

- Hər gün bədənimizdən dəri tökülür. Bir ildə tökülən dərinin ağırlığı 2 kq-dır.

- Sadəcə bir gün ərzində qanımız 19,3 km yol gedir.

- Barmaq izi kimi dilimizin də izi unikaldır.

- İnsan qulağı yaşadığı müddətdə hər il millimetrin dördə biri qədər böyüməyə davam edir.

- İnsan ürəyi ildə 35 milyon dəfə atır.

- Saçımızın bir teli bir almanı daşıya biləcək qədər güclüdür.

- Bir insan gündə təqribən 20 min dəfə nəfəs alır.

- Hər bir insan ömrü boyu təqribən 35 ton qida qəbul edir.

- Bir beynin impulsunun sürəti təqribən 400 km/saatdır.

- İnsan bədənindəki bütün sinirlərin uzunluğu 75 km-dir

- Dərimizin 1 santimetrində təqribən 100 ədəd ağrı sensoru var.

- Bir insanın ağzında olan bakteriyaların sayı dünyada yaşayan insanlarına sayına bərabərdir.

- Asqırmağın sürəti 160 km/saatdır.

- Bir insan ömrünün 5 ilini gözlərini qırparaq keçirir.

Yazılıb: 25.05.2019

Firuzə Alimova / TurpKimi.com