Miqrant uşaqlar məşhurların gənc qalmaları üçün öldürülür - İDDİA


Məşhur aktrisanın açıqlaması gündəm olub.

miqrant-usaqlar-meshurlarin-genc-qalmalari-ucun-oldurulur
11.05.2021 12:18 1 dəq oxuma

Amerikalı aktrisa Sandra Ballokun ötən illərdə üzünə qoyduğu "uşaq dərisi" sayəsində gənc qaldığı barədə açıqlaması yenidən gündəm olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə "Elen DeGeneres" proqramına qonaq olan 55 yaşlı aktrisa gəncliyinin sirrini açıqlamışdı. Oscar mükafatçısı olan Ballok koreyalı uşaqların sünnət dərisindən hazırlanan bir formulun (adrenalin hormonu) üzünə yapışdırılması sayəsində gənc göründüyünü etiraf etmişdi. İddialara görə, Hollivudun digər bir aktrisası Keyt Blanşett də bundan istifadə edənlər arasındadır. Lakin metod ayrı-ayrılıqda bir müzakirə mövzusudur. Çünki sektorun tələbinin sadəcə Koreyada sünnət edilən uşaqlar sayəsində qarşılana bilməyəcəyi məlum məsələdir.

Sandranın gündəmə gətirdiyi "Adrenochrom" adı verilən və olduqca bahalı olan bu gəncləşmə metodunun məşhurlar arasında populyar olduğu deyilir. Bu da ağıllara məşhurların gözəlliyi üçün "qurban edilən uşaqlar"ın olması ehtimalını gətirir. Sözügedən formulun itmiş miqrant uşaqların bütün orqanlarından və dərilərindən alındığına dair iddialar var.

Məşhurların gənc qalmaları üçün istifadə etdikləri digər bir yol isə doğumdan sonra ciftin (Plasenta) yeyilməsidir. Metod ilk olaraq Tom Kruz tərəfindən gündəmə gətirilib. Sayentologiya təriqətinin üzvü olan Kruz keçmiş həyat yoldaşı Keyt Holmsun ciftini yediyini açıqlamışdı. Viktoriya Bekhem isə quzu ciftindən hazırlanan maskalardan istifadə etdiyini demişdi. Ciftin tərkibində yüksək miqdarda kollagen olduğu və bunun dəriyə yaxşı təsir etdiyi bildirilir.

Yazılıb: 26.06.2020

TurpKimi.com