REKLAM

Banka qapağını açmağın ən asan yolu


Xüsusilə qış mövsümündə mətbəxdə baş verən qəzaların ən çoxu banka qapağını açmaq istərkən baş verir. 

news
REKLAM

Yaydan qışa hazırlanan, konservləşdirilmiş bankaların qapaqlarını açarkən bıçaq, çəngəl kimi təhlükəli vasitələr  yerinə risksiz və asan  üsullardan istifadə edə bilərsiz. 

TurpKimi.com bəzi detalları təqdim edir:

Konservləşdirilərkən istinin təsirindən yaranan təzyiq qapağı daha da sıxlaşdırır.  Birdəfəlik qapaqlar üçün xüsusi alət var. Amma digər qapaqlar üçün isə istifadə edilən alət o qədər də yayılmayıb. 

Uzun müddət istifadə edilə bilən qapaqları olan bankanın ağzını açmağın ən asan üsulu qapağı isitməkdir. 

Bankanın qapaq hissəsini zəif oda tutun və ya bankanı  isti su dolu qabın içinə tərsinə qoyun. Bu üsul təzyiqi azaldır və qapağın asan açılmasına kömək edir.

Banka  qapağını  açmaq üçün ən çox istifadə edilən digər üsullardan biri isə dəsmal, ya da bezin köməyilə qapağı açmağa çalışmaqdır. Böyük ölçüdə güc tələb edən bu üsulda uğurlu olma şansı olduqca yüksəkdir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM