Geyimlərdən, divarlardan qələm  ləkəsini necə təmizləmək olar? - Asan üsulları


Uşaqlar yazmağı, xüsusilə də evin divarlarını rəngləməyi çox sevirlər.

geyimlerden-divarlardan-qelem-lekesini-nece-temizlemek-olar
11.10.2022 21:37 2 dəq oxuma

Siz nə qədər  xəbərdar etsəniz  də əllərinə qələm düşəndə  divarları, mebelləri, ya da xalçaları yazmaqlarına mane ola bilmirsiz.  Bu ləkələri yalnız uşaqlar etmir. Qələm ləkəsi ilə iş yerində də rastlaşa bilərsiz. Köynəyinizin cibində olan qələmin mürəkkəbi axa, ən çox sevdiyiniz köynəyinizi ləkələyə bilər.

TurpKimi.com qələm ləkəsini təmizləməyin asan yollarını təqdim edir:

Geyimlərdəki qələm ləkələri

Geyimlərinizə qələm ləkəsi düşdüsə ləkə çıxarıcılardan istifadə edə bilərsiniz. Ləkənin üzərinə ləkə çıxarıcı töküb  gözləyin və sonra da durulayın. Bunu ləkə çıxana qədər   təkrar edə bilərsiniz.

Bu üsulla çıxmırsa, südlə  təmizləməyi sınayın: Bir qaba bir az süd tökün və geyiminizin ləkəli hissəsini südə qoyun. Bir gecə gözləyin. Sonra köhnə bir diş fırçası ilə  ləkəli hissəni fırçalayın.  Ləkə çıxdıqdan sonra geyiminizi paltaryuyan maşınında yuyun.

Divarlardakı qələm ləkələri


Divarlarınızdakı qələm ləkələrini təmizləmək  üçün iki üsul var. Divarınıza saç spreyi püskürdün və yaşkən divarı  silin. İkinci üsul isə ləkənin üzərinə diş pastası sürtüb köhnə bir diş fırçasının köməyilə ovun. Ləkənin çıxdığını görəcəksiniz.

Taxta əşyalardakı mürəkkəb ləkələri

Taxta əşyaların  üzərindəki qələm ləkələrini çıxartmaq üçün spirtdən faydalana bilərsiniz. Ancaq bunu etməzdən  əvvəl mebelin görünməyən bir küncündə təcrübədən keçirin,  rəngində hər hansı bir  dəyişikliyin olmadığından əmin olun.

Mebel üzərindəki qələm ləkələri

Parça mebelləriniz üçün süddən istifadə edin. Bir bezi südlə isladın və ləkənin üzərinə sürtərək ovun.

Xalça üzərindəki qələm ləkələri

Xalça üzərindəki qələm ləkələrini çıxartmaq üçün sirkədən istifadə edin. Ləkəli olan hissəyə ağ sirkə püskürdün və nəmli bir bezlə ovxalayın. Xalçanın rəngində solğunluğun olub-olmadığını bilmək üçün xalçanın bir küncündə sınaqdan keçiri. 

Ağ taxta üzərindəki qələm ləkələri

Bu olduqca sadədir. Silgidən istifadə edə bilərsiniz.

Şüşə və dulusçuluq məmulatları üzərindəki qələm ləkələri

Bir qabın içində  bir az  karbonat (soda)  və bir az diş pastasını qarışdırın. Ləkənin üzərinə sürtün və diş fırçası ilə ovun. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 04-12-2019