Gecələr küçələri saxta ay işıqlandıracaq - İşıq çirklənməsi


İşığın insan sağlamlığına mənfi təsiri...

news

“The People`s Daily” qəzetinin xəbərinə görə, Çində fəaliyyət göstərən CASC (Chengdu Kosmik Elm və Texnologiyaları Mikroelektronika Sistemi Araşdırma İnstitutu) adlı şirkət gerçək Aydan 8 dəfə parlaq saxta Ay düzəltməyi planlaşdırır. Test araşdırmalarına çoxdan başlanılan bu saxta ay əslində peyk olacaq və 10-80 km aralıqdakı ərazini işıqlandıracaq.

TurpKimi.com bildirir ki, CASC-dan verilən açıqlamaya görə, saxta ayın 2020-ci ildə istifadəyə veriləcəyi və Chengdu şəhərindəki küçə lampalarını əvəz edəcəyi gözlənilir.

Bu arada, digər cəmiyyətlər dünyanı yenidən qaraltmağa çalışır. 2016-cı ildə aparılan araşdırmaya görə, dünyanın 80 faizindən çoxu və ABŞ-la Avropadakı insanların 99 faizi “işıq çirklənməsi” olan yerlərdə yaşayır. İşıq çirklənməsi səmanın verdiyi təbii işığın küçə lampaları və binalardakı işıqların təsirindən dəyişməsi kimi açıqlanır. Hazırda Flagstaff, Arizona, Ketchum və İdaho kimi şəhərlər gecələr işığın yayılmasını azaltmaq üçün mübarizə aparır. Bu şəhərlər gecələr səmanın verdiyi təbii işığın qorunması üçün səylə çalışan Beynəlxalq Qaranlıq Səma Birliyi tərəfindən  “qaranlıq səma şəhəri” adını alıb.

İşıq çirklənməsi sağlamlığa ziyandır

Estetik görünüşdən əlavə, hər ötən gün işıq çirklənməsinin sağlamlığa mənfi təsirləri ilə bağlı sübutlar var. Araşdırmalara görə, gecələr həddən artıq işığa məruz qalmaq yuxunun pozulmasına, bu isə xərçəng, kökəlmə və depressiya kimi risklərin artmasına gətirib çıxarır.  Eyni zamanda, vəhşi heyvanların təbii həyat şəraitini pozur. Məsələn; gecə heyvanları olan yarasalar işıq çirklənməsi olan bölgələrdə çox passiv olurlar, istiqamətlərini tapa bilmək üçün işıqdan istifadə edən quş və qurbağalar kimi heyvanların ağlı qarışır. Hətta bitkilərin belə inkişaf mərhələləri gur işığın təsirindən alt-üst olur. Beləliklə, meydana gələn bu dəyişikliklər bütünlükdə ekoloji sistemi dəyişməyə məruz qoyur.

Saxta ayın da təbbi həyat şəraitinə mənfi təsir edəcəyindən narahat olan Harbin Texnologiya Universitetinin mütəxəssisi Kang Veimin dediklərinə görə, peykin ətrafa verəcəyi işıq zəif olacaq və heyvanların təbii həyat şəraitinə mənfi təsir göstərməyəcəyi gözlənilir. Lakin nəzərə alanda ki, hazırkı işıq çirklənməsi artıq heyvanların həyat şəraitini pozub, bundan sonra zəif işığın olması belə mövcud vəziyyəti daha da pisə doğru aparacaq.

Firuzə Alimova / TurpKimi.com