REKLAM

Şüşə stəkanlarda yaranan ləkələr necə təmizlənir? - Asan həll


 Şüşə stəkanlarda yaranan ləkələr süfrənizin görünüşünü korlaya bilər. 

news
REKLAM

TurpKimi.com xəbər verir ki,  ləkələnən qədəhlərinizin əvvəlki parlaqlığını qazanması üçün sirkədən istifadə edə bilərsiz. 

Qabyuyan maşında yuyulan stəkanlar bir müddət sonra parlaqlığını itirir və dumanlı bulanıq görünüş alır. Bunun səbəbi həm kirəçli su, həm də maşında istifadə olunan yuyucu tozlar da ola bilər. Ona görə də istifadə etdiyiniz yuyucu toza diqqət etməlisiniz.

Bundan başqa, əgər maşının duzu, ya da parladıcısı bitibsə, şüşə üzərində olduqca çox ləkə yarana bilər. Maşının duzunun bitib bitmədiyinə nəzarət edin.

Həmçinin parladıcı bölməsinə əlavə edəcəyiniz alma sirkəsi də bu ləkələrin aradan qaldırılmasına kömək edir.

Solğunlaşan stəkanlara sirkəli həll

Solğunlaşan stəkanları əvvəlki kimi parlaq hala gətirmək üçün bir ləyənin içinə su və sirkə qoyub qarışdırın. Solğunlaşan stəkanları sirkəli su qarışığında bir müddət saxladıqdan sonra yaxalayın. Stəkanların yenidən parladığını görəcəksiz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM