REKLAM

Gənc oğlanın qulağından 11 ədəd tarakan çıxarıldı - FOTOFAKT


Həşərat münbit şərait olduğu üçün oğlanın qulağında yuva qurub.

news
REKLAM

Çində dözülməz ağrı ilə xəstəxanaya çatdırılan gəncin qulağından “həşərat ailəsi” çıxarılıb.

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, gəncin həmin böcəklərlə nə qədər yaşadığı məlum deyil.

Qeyri-adi hadisə Çinin Sanhı şəhərində Mr.Lü adlanıdırılan 24 yaşlı oğlanın başına gəlib. Gənc qulağında olan ağrılardan dolayı ailəsinə işıq altında qulağına baxmalarını istəyib.

Qulağında böyük bir tarakan həşəratı görən ailəsi oğlanı dərhal xəstəxanaya aparıb. Həkim tərəfindən müayinə edilən adamın qulağından 1-i böyük, 10-u bala olmaqla 11 ədəd tarakan çıxarılıb.

Həkim Lünün qulağında həşərat ailəsinin yuva qurmasını bununla izah edib: gənc oğlan yatağının yanında yemək qalıqları saxlamağa vərdiş etdiyi üçün həşəratların çoxalmasına və qulağına girməsinə səbəb olub. Həkim bildirib ki, evlərdə gigiyena qaydalarına əməl edildikdə bu kimi həşərat və böcəklərin yayılmasının qarşısı alınar və insanların qulaq-burunlarına girmələrinə münbit şərait yaradılmaz.

Firuzə Alimova / TurpKimi.com

REKLAM