REKLAM

Saçları qurudarkən nələrə diqqət etməliyik?


Saçınızı fenlə qurudarkən ona nə qədər zərər verdiyinizi bilirdinizmi?

news
REKLAM

Xüsusilə qış aylarında saçı qurutmaq üçün fendən çox istifadə edilir.  Bizə elə gəlir ki, isti nə qədər çox olarsa, saç o qədər tez quruyar. Lakin hər saç tipi fərqli istiliklərdə qurudulmalıdır. 

TurpKimi.com xəbər verir ki, əgər saçlarınız incə telli və gücdən düşmüşsə aşağı istilikdə, qalındırsa yüksək istilikdə qurutmaq lazımdır.

Feni bir nöqtəyə tutub saxlamaq olmaz

Feni  bir nöqtəyə tutmaq saç dərinizə zərər verir. Buna görə saçlarınızı qurudarkən feni saçlarınızın fərqli nöqtələrində gəzdirərək qurudun. Saçlarınızın 80 faizi quruduqdan sonra fenin stilik dərəcəsini nizamlayın. Saçları aşağı istilikdə qurutmaq saç dərisini qoruyaraq parlaq saçlara sahib olmağa kömək edər.

Seramik  quruducuları seçin. İyonik quruducular güclü hava üfləyərək  çox istilik verdiyi üçün saçlara zərər verir. Ancaq seramik quruducular istiliyi tənzimləyərək saçın elektriklənməsinin qarşısını alır və qurudarkən parlaqlığını itirməyə qoymur. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM