Qurban bayramı ərəfəsində qatarla səyahət edənlərə - Xoş xəbər


Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçib.

qurban-bayrami-erefesinde-qatarla-seyahet-edenlere-xos-xeber
05.08.2019 13:24 1 dəq oxuma

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bayram günləri ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib.

Qurum sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

TurpKimi.com