REKLAM

Dünyanın sonu baxın necə olacaq! - Alimlərin qorxunc təxminləri


10 min ildən 1 trilyon ilə qədər zamanda nələr yaşanacaq?

news
REKLAM

Alimlərin dünya ilə bağlı söylədiyi fikirlər olduqca qorxuducudur. Onların təxminlərinə görə, baxın dünyanı nələr gözləyir?

10 min il sonra

Qlobal istiliyin təsirindən dəniz səviyyəsi 3-4 metr yüksələcək və dünya üzərində yaşayan bir insan belə qalmayacaq.

13 min il sonra

Yerin qütbləri tərsinə çevriləcək və bu, dünyada yay və qışın yerinin dəyişməsinə səbəb olacaq.

15 min il sonra

Dünyanın ən böyük səhrası Saxara yox olacaq. Saxara səhrası dəyişən mövsümlərlə birlikdə tropik iqlimə sahib olacaq.

20 min il sonra

1986-cı ildə yaşanan Çernobıl fəlakətindən sonra tərk edilən Çernobıl bölgəsi insan həyatı üçün təhlükəsiz yer olacaq. Bəli, bu fəlakətin qalıqlarından qurtulmaq üçün 20 min il lazım imiş.

36 min il sonra

Balaca qırmızı planet Ross248 3024 işıq ilindən sonra Günəşə ən yaxın ulduz olacaq.

50 min il sonra

Şimali Amerikanın şərqində ABŞ ilə Kanada arasında yerləşən Niaqara şəlaləsi  yox olacaq.

100 min il sonra

Kainatın ən böyük ulduzu olan VY Canis Majoris partlayıb yox olacaq. Dünyanın böyük bir hissəsi isə lava altında qalacaq.

200 min il sonra

Böyük Çömçə, Orion və Perseus kimi tanınan ulduz toplusu artıq olmayacaq, hamısı yoxa çıxacaq. Havay adalarındakı dənizaltı vulkan sürətlə yüksələrək okeanın ortasında ada yaradacaq.

300 min il sonra

WR104 Pinwheel sistemində yerləşən iki ulduzdur. Bu müddət ərzində yox olacaqlar. Bu partlayış nəticəsində yaranan qamma işığı isə dünyadakı həyat üçün ciddi təhlükə yaradacaq..

500 min il sonra

Dünya qarşısı alına bilinməyən, diametri təqribən 1 km olan səma cismiylə toqquşacaq.

1 milyon il sonra

Dünya vulkanik partlayışların təsirinə məruz qalacaq və hər şey lavaların altında olacaq.

2 milyon il sonra

ABŞ-ın Arizona əyalətinin sərhədlərində 1600 metr dərinlikdə yerləşən qədim milli park Böyük Kanyon daha da dərinləşəcək.

10 milyon il sonra

Suyun səviyyəsinin yüksəlməsi nəticəsində Afrikanın bir hissəsi qoparaq qitədən ayrılacaq və ayrı bir ada olacaq.

100 milyon il sonra

Dünya yox olacaq, Saturunun halqası kimi...

250 milyon il sonra

Dünyadakı qitələr dəyişikliyə məruz qalacaq. Kaliforniya sahili Alyaska ilə toqquşacaq.

600 milyon il sonra

Dünyada bitki örtüyü qalmayacaq və meşələr yox olacaq.

800 milyon il sonra

Karbon dioksidin səviyyəsi aşağı düşəcək. Oksigenin azalması nəticəsində dünyada həyat olmayacaq. Bundan sonra yer üzündə ancaq birhüceyrəli bakteriyalar olacaq.

1 milyard il sonra

Günəş Yerə daha sərt təsir etdikcə hər yan daha da isinəcək və bütün okeanlar buxarlanıb yox olamağa başlayacaq.

2 milyard il sonra

Dünyanın daxili nüvəsi ildə 1 mm sürətlə böyüməyə davam etsə, dünyanın xarıcı nüvəsi donacaq. Xarici nüvə olamadan dünyanın maqnit sahəsi bağlanacaq və Günəşdən gələn parçacıqlar yavaş-yavaş atmosferi yox edəcək.

4 milyard il sonra

Andromeda qalaktikası Yerdən təxminən 2,5 milyon işıq ili uzaqlığında yerləşir. 4 milyard ildən sonra Andromeda ilə içərisində yaşadığımız qalaktika toqquşacaq.

5 milyard il sonra

Dünyanın görüntüsü belə olacaq: qızılı bir planet

7 milyard il sonra

Günəş Dünyanı yox edəcək.

8 milyard il sonra

Dünya hələ də həyatda qalmağı bacarsa, bu dəfə Günəş enerjisini itirəcək və Dünyanın istiliyi sürətlə yox olaraq donacaq.

14 milyard il sonra

Günəş qara balaca planetə çevriləcək və artıq heç kim Günəşi görə bilməyəcək, təbii ki, hələ də insan yaşayarsa...

1 trilyon il sonra

Kainat yox olacaq.

Firuzə Alimova / TurpKimi.com

REKLAM