İsveçdə işığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar


İşləmək tələb olunmayan iş üçün vakansiya...

isvecde-isigi-yandirib-sondurmek-ucun-isci-axtarilir
04.06.2020 13:50 1 dəq oxuma

İsveçin Göteborq şəhərində işləmək tələb olunmayan iş üçün vakansiya elan edilib.

Trend-in məlumatına görə, həmin işin yeganə öhdəliyi yeni tikilən stansiyada işığı yandırıb söndürməkdən ibarət olacaq.

Bunun üçün aylıq 2 300 dollar əmək haqqı təyin olunub. İşi qəbul edən şəxs səhər işığı yandırmaq, axşam iş gününün sonunda isə işığı söndürmək üçün stansiyaya getməlidir. Yeganə tələb işığın dəqiq vaxtında yandırılıb-söndürülməsidir.

Qeyd olunur ki, həmin vakansiyaya ABŞ, Tayvan, Filippin kimi ölkələrdən də müraciət edilib.

Vakansiya art eksperiment xarakteri daşıyır və cəmiyyətdə qeyri-bərabərliyin artmasına diqqət yönəltmək məqsədi daşıyır. Layihə İsveç İncəsənət Şurası və Nəqliyyat İdarəsi tərəfindən maliyyələşdirilir. Əməkhaqqı fondu 650 min dollardan ibarətdir.

TurpKimi.com