DİQQƏT - Kərə yağını əridərkən köpük çıxırsa…


Keyfiyyətli və təbii kərə yağın müəyyən edilməsinin 3 yolu

diqqet
30.08.2019 15:12 2 dəq oxuma

Bildiyimiz kimi son illər orqanik olmaq şərti ilə sağlam qidalanmaq üçün məsləhət görülən kərə yağının orqanizmə faydası saysız hesabsızdır. Ona görə də kərə yağının sağlam şəkildə qəbul edilməsi üçün onun təbii və keyfiyyətli olması mütləqdir. Qidaların, xüsusilə də kərə yağının təbii olub-olmadığını bəzi ipucları ilə anlamaq heç də çətin deyil. O zaman təbii kərə yağını necə müəyyən etmək olar?

TurpKimi.com təqdim edəcəyi 3 üsul ilə kərə yağının təbii olub-olmadığını asanlıqla müəyyən edə biləcəksiniz.

1 - Kərə yağın təbii olub-olmadığını anlamağın bir yolu konsistensiyasıdır. Otaq temperaturunda saxlandıqda sürtülə bilən qatılığı olur. Bundan başqa, tavada əridiyi zaman çıxan köpüklər kərə yağının təbii olduğunu göstərir.

2 – “Keyfiyyətli və təbii kərə yağının rəngi sapsarı olmalıdır” kimi deyilən fikirlər yanlışdır. Kənddə hazırlandığından əminsinizsə haqlı ola bilərsiniz. Ancaq marketdə satılan və rəngi qızılı sarı olan kərə yağının tərkibində çoxlu miqdarda qatqı maddəsi olur. Ona görə də işıqda ağ rəngə çalan və çox açıq rəngli olmayan kərə yağını almağa çalışmayın.

3 - Keyfiyyətli kərə yağını iylədiyiniz zaman bağlandığı paketdən qoxusunu hiss edə bilərsiniz. Qablaşmasını qoxuladıqda heç bir iy gəlmirsə, demək kərə yağı saxtadır. Lakin təbii kərə yağının iyi paketdən kənara da çıxacaqdır. Eyni zamanda qızarkən və ya yemək bişirərkən ətrafa yaydığı iştah açan, acıdan qoxusu kərə yağının orqanik olduğuna işarədir.

Firuzə Alimova / TurpKimi.com