Alimlər hər kəsi təəccübləndirən - xüsusi LİNZA kəşf etdilər


“Vau” dedizdirəcək yeni kəşf...

alimler-her-kesi-teeccublendiren
07.06.2019 22:29 1 dəq oxuma

Alimlər əşyanın normal görüntüsünü böyüdə bilən xüsusi linzalar hazırlayıblar. Belə ki obyekti daha yaxşı görmək üçün bir dəfə göz qırpmaq kifayət edəcək. Ola biləz? Amma elədir.

Bu kimi linzalar daha çox tez-tez görməsi itən  və sarı nöqtə xəsətəliyindən əziyyət çəkən insanların işinə yarayacaq.

TurpKimi.com bildirir ki, İsveçrə Federal Texnologiya İnstitutunda bir qrup alim tərəfindən hazırlanan sərt kontakt linzalar gözün ağını örtürərək onları daha da böyüdür.

Linzanın içərisində kiçik alüminium güzgülər var. Güzgülərin önündən işıq keçəndə obyektlər normaldan 2,8 dəfə böyüyərək aydın görünür.

Obyektlərin böyüdülmüş görüntüsündən normal halına qayıtarılması üçün linzalar bir neçə elektronik eynəklə birlikdə taxılmalıdır. Bir gözü qırpmaqla eynək böyüdülmüş rejimə keçir. Digər gözü qırpmaqla isə proses əvvəlki normasına qayıdır.

Lakin alimlər gözün havasız qalmaması üçün kəşfin üzərində işləyərək linzanı daha da təkmilləşdirirlər.

Firuzə Alimova / TurpKimi.com