Bu qadın bir çoxlarının diqqətini çəkir - Sarayda yaşayan dayə haqqında


İngiltərə kral ailəsinin dayəsi hər kəsin maraq dairəsindədir.

bu-qadin-bir-coxlarinin-diqqetini-cekir
26.07.2019 11:25 2 dəq oxuma

İngiltərə kral ailəsinin ciddi qanun və qaydaları hər zaman gündəmdə olub. Qoyulan qaydalar sadəcə kral ailəsinin üzvlərinə deyil, eyni zamanda orda işləyənlərə də aiddir.

İlk baxışdan sizə qəribə gələ bilər, amma dünyada milyonlarla insanın gözü kral ailəsinin uşaqlarını böyüdən bu qadının üzərindədir. Yaşı dəqiq bilinməsə də, 40-ı keçdiyi bildirilir. Saraylarda yaşayıb dünyanı gəzir. Amma günlərin birində evlənib övlad sahibi olmağı ağlının ucundan belə keçirmir.

TurpKimi.com kral ailəsinin dayəsi olan Maria Teresa Turrion Borrallo haqqında diqqət çəkən məqamları təqdim edir:

Maria Teresa Turrion Borrallo İngiltərə kral ailəsinin gələcəkdəki kralı şahzadə George başda olmaqla şahzadə Charlotte və yeni dünyaya gələn şahzadə Louisin dayəsidi. Ya da hər kəsin tanıdığı Maria Borrallodu. Palenciada varlı ispan ailəsində dünyaya gəlib. Daha 3 qardaşı olan Borrallonun mühəndis olan atası uşaqlarının təhsilinə xüsusi diqqət yetirib. Dayənin İgnasio adlı bir qardaşı musiqiçidi və Kanadada yaşayır. Digər qardaşı Luis İspaniyadadı. 3-cü qardaşı Pablo isə akademikdi və ölkəsi İspaniyada yaşayır.

Subay olan və “mən işimlə  evliyəm” deyən Maria Borrallo 125 illik keçmişə sahib olan və İngiltərənin ən məşhur dayələrini hazırlayan Norland Kollecinin məzunudu. Burda oxuyan dayələr uşaq baxımı, evin idarə edilməsi, ilk yardım, özünü müdafiə sənəti, qabaqcıl sürücülük texnikaları təhsilini alırlar.

Maria Borrallo Kate Middleton və Şahzadə Villiamın ailəsinə ilk övladları George-un dünyaya gəlməsindən sonra daxil olub. Daha sonra şahzadə Charlotte-nin dayəsi olub. Kral ailəsindən verilən açıqlamaya görə, Middleton və Villiamın 3-cü övladları Louisin baxımı üçün yeni dayə işə alınmayacaq, ona da Borrallo baxacaq.

Ailəylə birlikdə yaşayan və uşaqlarla gəzintiyə çıxarkən onların yanında olan Maria kral ailəsinin nəvələrinə ispan dilini də öyrədir. Artıq George və Charlotte-nin ispan dilində sərbəst danışdığı deyilir.

Firuzə Alimova / TurpKimi.com