REKLAM

Dar ayaqqabı necə genişləndirilə bilər?


Ayaqqabılarınızı çəkməçiyə aparmadan da genişlədə bilərsiniz!

news
REKLAM

Əgər çox xoşladığınız və sizə uyğun nömrəsi olmadığı üçün bir ölçü kiçik almaq məcburiyyətində qaldığınız ayaqqabı varsa, TurpKimi.com-un təklifləri işinizə çox yarayacaq!

Təbii ev üsulu 

Bir ayaqqabını genişlətməyin ən asan yolu onları əvvəlcə evdə geyinib gəzməkdir. İlk geyindiyinizdə rahat olmasalar belə ev işi, kompüter başında iş görmək onu genişləndirəcək. Qalın bir cüt corab, ya da bir neçə corab geyinməyi unutmayın!

Dondurun 

Ağzı bağlanan bir paket alın və yarısına qədər su ilə doldurun. Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabınızın içinə bu paketləri soxun, ayaqqabınızın hansı hissəsi  dar gəlirsə, oraya yerləşdirin.  Daha sonra ayaqqabılarınızı içindəki paketlərlə birgə buzluğa atın. Suyun buzlamasını  gözləyin. Ayaqqabının içindəki su  donanda genişlənəcək və beləcə ayaqqabınız da bir nömrə böyüyəcək. Daha sonra ayaqqabıları buzluqdan çıxardın və evin içində bir az geyinin. Amma sizə təklifimiz corab geyinməkdir, buzluqdan çıxdıqları üçün soyuq ola bilərlər.

Spreylə genişlətmə

Ayaqqabı satan mağazalarda tapa biləcəyiniz genişləndirici spreyləri şüşənin arxasındakı təlimatlara görə istifadə edə bilərsiniz.

Fen  möcüzəsi

Ayağınıza qalın corablar geyərək ayaqqabılarla gəzin . Daha sonra feni ayaqqabılarınıza birbaşa təsir etməyəcək şəkildə tutun və ayaqqabılar istiləndikcə barmaqlarınızı içində oynadın. Soyuduqdan sonra ayaqqabıları təkrar geyinin və hələ də sıxırsa, prosesi təkrarlayın.  

Kartoflar

1-2 ədəd kartofun qabıqlarını soyun, əgər ayaqqabının ucları sizi icidirsə, kartofları itələyə bildiyiniz qədər ayaq uclarına qədər itələyin. Kartofları ayaqqabınızın içində gecə boyun  saxlayın. 

Ayaqqabı qəliblərini də unutmamalıyıq

Ayağınızla eyni nömrədə  ayaqqabı qəlibi alın və kiçik gələn ayaqqabılarınızın içinə qoyun. Lakin düzəltmək üçün bir neçə gün gözləməlisiz. 

Avtomobilinizlə üzərlərindən keçin

Bəli qulağa qorxunc gəlir, amma bu üsul bəzən həqiqətən də işə yarayır. Maşınla  ayaqqabınızın üstündən keçin,  bir az köhnəlmiş görünməsini istəyəcəksinizsə sınayın. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM