Kriştiano Ronaldonu güclü edən - YUXU SİRRİ


Dünyaca məşhur futbolçunun bu yuxu sirri ilə meydandakı gücünü qoruyub saxladığı bildirilir

kristiano-ronaldonu-guclu-eden
29.07.2019 13:18 1 dəq oxuma

Real Madridin köhnə ulduzu, hazırda “Yuventus”da oynayan Kriştiano Ronaldonun yoldaşlarından daha çox məşq etdiyi, özünü fiziki və texniki olaraq yetişdirdiyi hər kəsə məlumdur. Amma Ronaldonun xüsusi yuxu sirrinin olduğu və 5 dəfə fasilə edərək gün ərzində 7,5 saat yatdığını isə çox az adam bilir.

Nick Littlehales uzun müddətdir ki, Ronaldonun yuxu rejimini planlayır. Bu rejimə əsasən Ronalda gündə 7,5 saat yuxu yatır; lakin 1 dəfəyə deyil, hər 90 dəqiqədən bir gündə 5 dəfə olmaqla...

Belə ki, Littlehales Ronaldonun meydandakı performansını necə qoruyub saxladığını bu cür açıqlayır:

- 8 saat davamlı yatmaq sağlam yuxu deyil. Xüsusilə də 13:00-15:00 arasında yatılan yuxu məhsuldarlığı azaldır. Ronaldo 90 dəqiqə fasilə verməklə gündə 5 dəfə cəmi 7,5 saat yatır.

- Hər dəfə yatmazdan əvvəl bütün yataq dəsti, yastığının üzü dəyişdirilir.

- Ana bətnindəki uşağın duruş vəziyyətində yatır. Yəni yatarkən dizləri qarnına tərəf sıxılmış vəziyyətdə olur.

- Yatmazdan 90 dəqiqə əvvəl ekrana baxmaq qadağan edilir. Mobil telefon, kompüter istifadə etmir, televizora baxmır. Buna səbəb alimlərin mavi işığın yuxu hormonu olan melatoninin yaranmasına mane olması və yuxunu qaçırması fikri ilə razılaşmasıdı.

- İnsan nazik döşək və ya örtüyün üzərində yatanda tez və gümrah oyanır. Ronaldo da çox incə örtüyün üzərində yatır.

Firuzə Alimova / TurpKimi.com