İlin ən uzun gecəsinin, qışın ilk gününün havası


Sabahdan Azərbaycanda qış fəsli başlayır.

ilin-en-uzun-gecesinin-qisin-ilk-gununun-havasi
21.12.2019 19:17 2 dəq oxuma

Qış fəsli dekabrın 22-də yerli vaxtla saat 08.19-da daxil olacaq. 

Dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsi olacaq. Sabahdan etibarən gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq, bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-10° isti olacaq.

TurpKimi.com