Sabahın HAVA PROQNOZU


İyulun 7-nə olan hava durumu.

sabahin-hava-proqnozu
06.07.2019 19:33 1 dəq oxuma

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 20-23° isti, gündüz 26-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək.

Əhvalınızın istənilən havada gözəl olması arzusuyla TurpKimi.com