Tədris ilinin ilk günü hava necə olacaq?


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

tedris-ilinin-ilk-gunu-hava-nece-olacaq
15.09.2019 18:47 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 16-20° isti, gündüz  24-27° isti,

Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti  təşkil edəcək.
Atmosfer  təzyiqi norma daxilində 761  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  65-75 % olacaq.  

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.

TurpKimi.com