REKLAM

Artıq yeyiləndə zərərli olan - 10 MEYVƏ


Alçanı duza batırıb, şaftalını qabığı ilə, qarpızı isə bir oturuma yeyənlər, diqqət!

news
REKLAM

Yazda yetişən meyvələrin həddən çox yeyilməsi orqanizm üçün zərərli olmasına da gətirib çıxarır.

TurpKimi.com yaz-yay meyvələrinin faydaları və yeyərkən diqqət ediləcək məqamları təqdim edir:

1 - Albalının qanı duruldan təsiri var

A, C, K vitaminləri, kalium, fosfor və kalsium mineralları ilə zəngin olan gilas şişkinliyi azaldır, bədəni zəhərli maddələrdən təmizləyir, böyrək daşı və qumun yaranmasının qarşısını alır, qadınlardakı menopoz dövründə stressə qarşı yaxşı təsir edir. Lakin aspirin təsiri yaradaraq qanı duruldur. Ona görə də qan duruldan dərmanlardan istifadə edənlər diqqətli olmalıdır. 1 porsiya 15 ədəd gilasa bərabərdir və gün ərzində bu miqdarı keçməmək şərtiylə yemək olar.

2 – Qarpız şəkər deposudur

95 faizi su olan qarpız antioksidant təsirə malikdir. Alzheimerdən xərçəngə, ürək xəstəliklərindən iflicə qədər bir çox xəstəliyə qarşı faydalıdır. Ancaq qlisemik indeksi yüksək olduğu üçün qan şəkərini anidən yüksəldə bilir və tez acımaya səbəb olur. Odur ki, şəkər deposu olan qarpızı həddən çox yemək lazım deyil. Gün ərzində 3 dilimdən çox yeyilməsi şəkərin daha da yüksəlməsinə səbəb olur və kökəldir. Diabet xəstələri qarpızı pendirlə birlikdə yeyə bilər.

3 – Əncirdə olan kalori...

Dəmir, maqnezium, kalsium, fosfor və liflə zəngin olan əncir qan azlığına, qəbizliyə yaxşı müsbət təsir edir, hüceyrələri yeniləyir, xərçəngə qarşı mübarizə aparır. Lakin incir də qlisemik indeksi çox yüksək olan meyvələrdəndir. 1 ədədi 48-50 kaloridi və bir porsiya meyvəyə bərabərdir. Kilo problemi yaşamamaq üçün diqqətli olun.

4 -  Alçanı duza batırıb yeyənlər, diqqət!

Ürək və böyrək xəstəliklərindən qara ciyərə kimi bir çox dərdə dəva olan alça tərkibindəki turşuluqdan dolayı sinir sistemi həssas olanlar üçün zərərlidir. Dişində çürüklər olan uşaqlar da diqqətli olmalıdır. 10 ədədi bir porsiyona barəbərdi. Alçanı duza batıraraq yeyənlər diqqətli olsun. Hipertoniya riskinin artmasına səbəb olur.

5 – Qaysı bu xəstələr üçün təhlükəlidir

A, B, C, P vitaminləri və zəngin minerallarla immun sistemini qüvvətləndirir, qəbizlik, qan azlığı və miqrenə qarşı faydalıdır. Zərərli maddələri orqanizmdən xaric etməyə kömək edir. 3 ədəd qaysı bir porsiyadır, çox yedikdə isə qan şəkərinin yüksəlməsinə və islaha yol açır.  Diabet xəstəsi olanlar qaysı yeyərkən diqqətli olmalıdır. Həmçinin qaysı kaliumla zəngin olduğu üçün böyrək xəstəsi olanlar tərkibində kalium dəyəri yüksək olan qidalar yeməməlidir.

6 – Qovun mədə yaralarına ziyandır

Gözəl qoxusu ilə iştah açan qovun ürəyi gücləndirir, həmçinin sakitləşdirici təsiri ilə insana hüzur verir. Yay aylarında tərləmə probleminə qarşı faydalı olan və bədəni sərin saxlayan qovun quru dəriləri nəmləndirir. Bu faydalarının olmasına baxmayaraq, mədə yarası olanların qovun yeməsi sağlamlığa zərərlidir. Qlisemik indeksi yüksək olan qovunu diabet xəsətələri də yeyərkən diqqətli olmalıdır. Gündə bir dilim nazik qovun yemək kifayət edir.

7 – Armud təzyiqi aşağı salır

Ürək xəstəliklərindən xərçəngə kimi bir çox sağlamlıq problemlərinə faydalı olan armud çox şəfalı meyvədir. Ürək döyüntülərinə, həzm sisteminə, hamiləlik zamanı ürək bulanmasına, qəbizliyə faydalı olan armud, eyni zamanda zehni də sakitləşdirir. Lakin təzyiqi aşağı salma təsiri var. Ona görə də təzyiqi aşağı olan insanlar armud yeyərkən diqqətli olmalıdır. Gündə bir ədəd armud yemək kifayət edir. Çox yeyildikdə ishala da yol açır.

8 – Böyürtkəndə aspirin həssaslığı

Bir porsiyonu yarım stəkana bərabər olan böyürtkən güclü antioksidantdır, tənəffüs yolu xəstəliklərinə qarşı faydalıdır. Xərçəng və şiş hüceyrələrin inkişafının qarşısını alır. Hətta aparılan araşdırmalarda şişləri kiçiltdiyi də sübut olunub. Lakin böyürtkənin tərkibində olan salisilata bənzər kimvəyi maddə var. Odur ki, aspirinə qarşı allergiyası olanlar bu meyvədən yeməməlidir. Yaxşı yuyulmadıqda isə ishala səbəb olur.

9 – Şaftalının qabığına diqqət edin!

Şaftalı yayın istilərində tərlə xaric olan kaliumun təmin edilməsinə kömək olduğu kimi, sərinlədici təsirə də malik antioksidantdır. Şaftalının qabığı nazik olduğu üçün bakteriyaların meyvənin içərisinə girmə riski böyükdü. Ona görə də bu meyvə pestisidlərin (təsərrüfat dərmanları) təsirinə məzur qalır. Sağlamlığa çox ziyanlı olan böcək dərmanları anadangəlmə fəsadlara və xərçəng kimi pis xəstəliklərə səbəb olur, sinir sistemini zədələyir. Bu səbəbdən şaftalının qabığı soyularaq yeyilməlidir. Gündə 1 ədəd kifayət edir.

10 – Üzümün qlisemik indeksi yüksəkdir

Sağlamlığa həddən çox faydalı olan üzüm qocalmanın qarşısını alır və yorğunluğu aparır. Üzüm tumunda olan resveratrol çox güclü antioksidant təsirə malik olduğu üçün hərdən tümlarını dişlərinizlə əzərək yemənizdə fayda var. Bununla yanaşı qlisemik indeksi yüksəkdir. Tərkibində fruktoza var və qan şəkərinə qarışması sürətli gedir. Bir porsion 15 ədəd iri üzümdən ibarətdir və gün ərzində bundan çox yeyilməməsi məsləhətlidir. Qara ciyərində yağlanma olan və hamilə xanımlar diabet xəstələri kimi üzüm yeyərkən diqqətli olmalıdır.

Firuzə Alimova / TurpKimi.com

REKLAM