İsti yay günlərini sərinlədəcək - 5 sadə limonad resepti


İsti yay günlərinin dadını ev şəraitində hazırlanmış limonadlarla çıxartmağa nə deyirsiz?

isti-yay-gunlerini-serinledecek
25.06.2019 23:10 2 dəq oxuma

TurpKimi.com yay meyvələrindən istifadə etməklə  hazırlayacağınız limonad reseptlərini təqdim edir:

 Yay aylarının əvəzolunmaz dadları vardır. Elə isti yay günlərini evdə hazırlanmış təbii limonadlarla sərinləndirməyin nəyi pisdir ki?  Bəs, təbii limonad necə hazırlanır?

5 fərqli limonad reseptini  təqdim  edirik:

 REYHANLI LİMONAD

 10 ədəd limonun suyu

 1 su stəkanı şəkər tozu

 1 limon qabığı rəndəsi

 8-9 tel təzə reyhan

 6 stəkan içməli su

REYHANLI LİMONAD NECƏ HAZIRLANIR?

 Təzə reyhanı və şəkəri əlinizlə yoğurun. Reyhanın yaxşıca suyunun çıxmasını gözləyin. Üzərinə 6 stəkan içməli su və limon suyu əlavə edib, şəkər əriyənə qədər qarışdırın. Reyhanı kasanın içindən götürün. Limonad sizə çox və ya az şəkərli gələrsə,  su miqdarı ilə tənzimləyə bilərsiz.

 

QARPIZLI LİMONAD

 2 dilim qarpız

 5 ədəd limonun suyu

 3 stəkan içməli su

 Arzuya görə yarım stəkan şəkər tozu

 QARPIZLI LİMONAD NECƏ HAZIRLANIR?

 Bir dilim qarpızı püre halına gətirin. Bir su stəkanı limon suyu və şəkərlə birlikdə dolçaya tökün. Üzərinə içməli su əlavə edin. Servis edərkən kub halında doğranmış  qarpız kəsikləri atın. Limonad sizə çox və ya az şəkərli gələrsə su miqdarı ilə tənzimləyin.

 ÇİYƏLƏKLİ LİMONAD

 Yarım kilo çiyələk

 3 ədəd limonun suyu

 1 su stəkanı toz şəkər

 5 su stəkanı su

 5 ədəd nanə yarpağı

 ÇİYƏLƏKLİ LİMONAD NECƏ HAZIRLANIR?

 Çiyələyi püre halına gətirin. Limon suyu və toz şəkəri çiyələk püresinə əlavə edin. Şəkər əriyənə qədər  yaxşıca qarışdırın. Son olaraq suyu əlavə edin. Çiyələkli limonadı nanə yarpağı ilə bəzəyərək süfrəyə verin. Limonad sizə çox və ya az şəkərli gələrsə su ilə tənzimləyin.

PORTAĞALLI LİMONAD

 2 ədəd portağal

 2 ədəd limon

 5 yemək qaşığı bal

 2 yemək qaşığı şəkər tozu

 10 su stəkanı su

 10 yarpaq təzə nanə

 HAZIRLANMASI:

 Kasanın içərisinə su və şəkəri əlavə edin. Şəkər əriyənə qədər qarışdırın. Üzərinə portağal və limon suyu əlavə edin. Son olaraq balla birlikdə  yaxşıca qarışdırın. Limonadı bir dolçaya tökün.  Təzə nanə ilə bəzəyin.

 YAY MEYVƏLİ LİMONAD

 2 ədəd şaftalı

 4 ədəd qaysı

 1 çay stəkanı toz şəkər

 3 ədəd limon

 5 su stəkanı su

HAZIRLANMASI:

 Şaftalı və ərikləri blenderdən keçirin. İçərisinə limon suyu, şəkər tozu və su əlavə edin. Limonad sizə çox və ya az şəkərli gələrsə su ilə tənzimləyin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Bunu da oxu:

Evdə asanlıqla hazırlayacağınız 5 qeyri-adi yay limonadı - Ecazkar sərinləşdiricilər