Unsuz çörək necə hazırlanır? - Ləzzətli "Oopsie" çörəyi


Həm yüngül, həm də ləzzətli çörək repestinin axtarışındasınız?

unsuz-corek-nece-hazirlanir
03.03.2024 12:54 1 dəq oxuma

Adətən, çörək deyildiyi zaman ilk olaraq, ağla eyni məhsullardan hazırlanan reseptlər gəlir.

TurpKimi.com sizə unsuz, həm də qlütensiz (elastik protein yığını) çörək reseptini təqdim edir:

Lazım olan məhsullar:

– 3 ədəd yumurta;

– 3 yemək qaşığı yağlı pendir;

– Yarım çay qaşığı duz;

– 1 çay qaşığı qabartma tozu;

Əvvəlcə yumurtaların ağı ilə sarısını ayırın. Yumurtaların ağını dərin qaba tökərək, üzərinə duz və qabartma tozu əlavə edin. Ağappaq və sərt kütlə əldə edənə qədər qabın içindəkiləri qarışdırın.

Başqa bir kasada olan yumurtaların sarısını yağlı pendirlə (krem pendir) birlikdə 3-4 dəqiqə qarışdırın. Daha sonra digər kasada hazırladığınız yumurta ağlarını pendirli qarışığa əlavə edin. Bu zaman incə davranmalısınız, yəni hazırladığınız qarışığı altdan yuxarıya doğru tökərək qarışdırın.

Çörəyi bişirəcəyiniz tavanı yağlayıb içinə kağız qoyun. Unsuz hazırladığınız çörəyi əvvəlcədən qızdırılmış 150 dərəcəlik sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!

Firuzə Alimova / TurpKimi.com