REKLAM

Gilasdan doymayanlar üçün bir də keksin hazırlayaq - Albalılı keks


Gilası çoxları sevir. Bu faydalı meyvənin dadından doymayanlar üçün yumşaq keksini hazırlayaq.

news
REKLAM

Sərin bir yerdə somavar çayı ilə albalılı keksin ləzzəti başqadır. 

TurpKimi.com təqdim edir:

Ərzaqlar: 

3 ədəd yumurta

125 qram əridilmiş kərə yağı

175 qram şəkər
 
 ½ su stəkanı süd
 
 1 ədəd vanil çubuğu
 
 10 qram qabartma tozu
 
 200 qram un
 
 500 qram nüvələri çıxarılmış gilas
 
 100 qram çiy badam
 
 Hazırlanma qaydası:

Yağlı kağız sərilmiş  soba formasına  çiy badamları qoyub əvvəlcədən hazırladığınız 175°c sobada 15 dəqiqə bişirin və soyumağa qoyun. 
 
 Soyuyan badamları bıçaqla kiçildərək doğrayın və keks xəmirinə əlavə etmək üçün hazırlayın. 
 Dərin bir  qaba yumurtaları və şəkəri əlavə edib 4-5 dəqiqə şəkər əriyib yumurta ağarana qədər çalın.
 
 Sonra çalma prosesini davam etdirərkən əritdiyiniz  kərə yağını və südü üzərinə əlavə edib, bir neçə dəqiqə daha çalmağa davam edin.
 
 Vanil, qabartma tozunu və ələkdən keçirdiyiniz unu əlavə edib 1-2 dəqiqə daha çırpın.
 
 Hazırladığınız badamı və seçdiyiniz albalını keks xəmirinə əlavə edib spatula ilə qarışdırın.
 
 Yağlı kağız sərib yağladığınız formaya keks xəmirini töküb əvvəlcədən hazırladığınız 175°c sobada 25 dəqiqə bişirin.

Yarı bişmiş keksin üzərinə bütün gilasları töküb 15 dəqiqə daha bişirin.  Diş çöpünü batıranda xəmirli çıxmırsa, deməli keks bişib. 

Piroqu başqa qaba boşaldıb soyumağın gözləyin və dilimləyib servis edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM