REKLAM

Üzdəki sızanaqlardan bezənlər! - Bu qidalar ən inadcıl sivilcəni kökündən qurudur


Dərinizin vəziyyəti sizin sağlamlığınız və qidalanmanız haqda çox şey deyir.

news
REKLAM

Xarici görünüşünə fikir verənlər üçün sivilcə hər zaman sevilməyən bir problemdir. Gündəlik həyatda qəbul etdiyimiz qidalar dərimizə təsir edərək sivilcələrin yaranmasına səbəb olur. Hansı qidaların dəridə sivilcə yaratdığını öyrənsək ona uyğun qidalanıb dərini sızanaq, civzə və sivilcə kimi bezdirici problemdən xilas etmiş olarıq. Məsələn; “fast-food”, şirin içkilər, çips və duzlu qidalar qəbul etdikdə dərinizdə mütləq sivilcələr yaranacaq.

- Tərəvəz və meyvə yeyilirsə, dərinin ehtiyacı olan vitamin və mineralları qəbul edərək daha hamar və parlaq dəriyə sahib olacaqsınız;

- Dəridəki məsamələr təmizlənməsə, bakteriyalar artır və bu, sızanaqların əmələ gəlməsinə yol açır;

- Sızananqların yaranmaması üçün qidalanmadan başqa dərini davamlı təmizləmək, nəmləndirmək və bol su içmək lazımdır;

- Stress, yuxu rejiminin pozulması, yorğunluq nəticəsində artan testosteron hormonu (kişi hormonu kimi tanınır, lakin qadınlarda da rast gəlinir) sızanaqların yaranmasına yol açır.

- Bədəndə artan testosteron hormonunu spirtli içki, şirniyyat, doymuş yağlar və kafeinlə dəstəkləsəniz, sivilcə problemi daha da böyüyəcək. Bundan başqa, hərəkətsizlik qanda testosteronun səviyyəsini artırır.

TurpKimi.com sızanaqlara yaxşı təsir edən qidaların siyahısını təqdim edir:

Lakin əvvəlcədən qeyd edək ki, üzdəki sivilcələr etdiyiniz səylərə baxmayaraq azalmırsa, həkimə müraciət etməyiniz tövsiyyə olunur.

1 – Meyvə və tərəvəzlər

Dərinin özünü müdafiə edə bilməsi və hüceyrələrin yenilənməsi üçün bəzi vitamin və minerallara ehtiyacı var. Məsələn; aknelərin (civzələr) müalicəsi üçün istehsal olunan məhsulların əksəriyyəti A vitamin tərkiblidir. A vitamininin antioksidant təsiri toksinlərin bədəndən atılmasına kömək edir. Kök, kahı, ispanaq, kələm və qovun A vitamini ilə zəngindir. Tərkibində antioksidantın bol olduğu  C vitaminini isə portağal, limon, qreyfrut, çiyələk və pomidordan qəbul edə bilərsiniz.

2 – Taxıllı qidalar       

Taxıllı qidalar lif, mineral və vitamin tərkibli olur. Bunun sayəsində qandakı şəkərin sabit saxlanılmasına kömək edərək homonların tarazlığını qoruyur. Hormonların dalğalanması zamanı yaranan sivilcələr qara düyü, yulaf və arpa ilə azaldıla bilər.

3 – Balıq

Yüksək xolestrol tərkibli qırmızı ətlə müqayisədə sağlam protein qaynağı olan balıq sink və digər minerallarla zəngindir. Çünki sink dəridəki sivilcələri azaltmağa kömək edən minerallar arasındadır . Lakin çox qəbul edildikdə toksiki təsiri var. Odur ki, omega-3 və lazımi miqdarda sinklə zəngin olan alabalıq, ton balığı, somon kimi soyuq su balıqlarından yeyə bilərsiniz.

4 – Yağlar

Çox yağlı qidalar dərinizin daha da yağlanmasına və sızanaqların yaranmasına səbəb olur. Düzgün və sağlam yağlarla qidalanmaq həm orqanizm, həm də dəri üçün vacib faktordur. Məsələn; yağlı pendir, marqarin, kərə yağı yerinə fındıq, badam, kətan toxumu kimi bitki tərkibli yağların qəbul edilməsi düzgün seçimdir. Bundan başqa, süd və süd məhsullarının da yağsız və ya az yağlı olmasına diqqət edin.

Dəridəki sızanaqları azaldan sadə və gündəlik vərdişlər:

- Səhər yeməyi yemədən günə başlamayın;

- Günorta yeməyinizi vaxtında yeyin;

- Gün ərzində 2 litrə yaxın su içməyə çalışın;

 - Stressi artıran qəhvə və çayı az için;

- Vitamin və mineralla zəngin meyvə suları, bitki tərkibli çaylar için;

- Həftənin 3 günü sizi tərlədəcək idmanla məşğul olun;

- Trans yağlardan, işlənmiş və sintetik qidalardan, qızartma yeməklərdən, kimyəvi qoruyuculardan uzaq durun;

Firuzə Alimova / TurpKimi.com

REKLAM