REKLAM

Şirniyyatı istəyib, yeyə bilməyənlər üçün - Təbii reseptlər


Xüsusilə qadınlar  şirniyyat mövzusunda bir az həssasdır. 

news
REKLAM

Şirniyyat yemə istəyi gələndə gözümüzün qarşısına şokolad, tort, kremli biskvitlər, konfetlər gəlir. Çoxunun tərkibində də bilmədiyimiz, insan sağlamlığı  üçün zərərli olan maddələr vardır. Lakin bu şirniyyatların zərərli olmayanları da var: vanilli dondurma, pudinq, süddaş və təbii ki,  qara şokolad. Əlbəttə hamısından az yemək şərtilə...

Xüsusilə reql  dövründə qadınlar şirniyyata meyili olur. TurpKimi.com sağlamlıq üçün heç bir zərəri olmayan şirniyyat reseptlərini təqdim edir:

Darçınlı süd

Xüsusilə reql dövrlərində dayanmaq bilməyən şirni istəyinizə yaxşı təsir edəcək.  Darçın bu mövzuda mükəmməl bir ədviyyatdır; təbii ki, allergiyanız yoxsa…

Bir stəkan südə bir çay qaşığı darçını əlavə edin, qarışdırın və için. 

Ballı qatıq

Nə asan və nə də yüngül bir şirni olacaq. Bir kasa qatığa bir çay qaşığı bal əlavə edin və qarışdırın. Əslində bu qədər sadədir və şirin yemə ehtiyacınızı qarşılamağa da yetər. Amma əgər sizə elə gəlirsə, nə isə əskikdir, içinə bir quru ərik, bir dənə əncir, hətta bəlkə bir dənə də quru əriyi dilimləyərək əlavə edə bilər, nuşla yeyərsiniz…

Xurma topları


Xurma hər dərdə dərman, şəfa qaynağıdır. Bu resept də çox ləzzətlidir.  Bir pay üçün 5 xurmanı yarım stəkan qovrulmamış badam ilə robotdan keçirin. Kiçik toplar halında əlinizdə yumrulayın. İstəyə görə darçına,  kokosa  batırıb soyuducuya atın. 

Balqabaqlı nahar


Naharda balqabaqlı pankek var. 

Resepti də  çox sadədir; soyulmuş bir dilim balqabağı rəndələyin. Daha sonra içinə bir yumurta, bir çay qaşığı qabartma tozu, bir çay stəkanı süd əlavə edin və qarışdırın. Ən sonda  çay stəkanı qədər un əlavə edin.

Əvvəldən isitdiyiniz tavaya azca  yağ sürtün və pankeksləri bişirin. 

Sobada meyvə

Meyvələri sobada qızarana qədər bişirib, dadlı bir şirni əldə edə bilərsiz. Ananas və banan ən çox istifadə edilən meyvələrdir. Amma istəyə görə şaftalı və ya alma da seçə bilərsiz.

Meyvələri dilimləyin , sonra da üzərinə portağal suyu tökün və 10 dəqiqəyə qədər gözləyin. Sonra da istəyə görə üzərinə bir az darçın səpib sobaya qoyun. Üstü tam qızarana kimi gözləyin.

Nuş olsun…
 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM