İştahı bıçaq kimi kəsən bitki - 2 damcısı bəs edir ki, arıqlayasınız


Sürətlə arıqlamaq istəyənlərə faydalı məsləhət.

istahi-bicaq-kimi-kesen-bitki
15.04.2021 20:55 1 dəq oxuma

Metabolizmanı sürətləndirən, həm də iştahı kəsən razyana toxumu yağı sayəsində arıqlamanız daha da asanlaşacaq. Bir çoxlarımızın az bildiyi razyana toxumu çayında olan efir yağının çox faydası var. Bağırsaqların yenilənməsinə müsbət təsir göstərən razyana toxumu yağının 2 damcısı isə kilo verməyinizə kifayət edəcək.

TurpKimi.com oxucularına razyana toxumu yağından necə istifadə etməli olduğunu izahlı təqdim edir:

Metabolizmanı sürətləndirir – Razyana toxumu yağından davamlı istifadə etdikdə iştahınız nəzarət altına alınır və metabolizmanı sürətləndirərək arıqlamanıza kömək edir.

Həzm sisteminə dəsətək olur – Müsbət təsirləri sadəcə arıqlatmaqla bitmir. Yaxşı antioksidant qaynağıdır və orqanizmdəki sərbəst radikallarla mübarizə aparır. Həzm sisteminə də dəstək olan razyana toxumu yağı bağırsaqdakı problemlərin öhdəsindən gəlir.

Bədənə su yığılmasının qarşısını alır – Metabolizmanı gücləndirən bu yağ bədəndəki yağların parçalanmasına kömək edir. Davamlı qəbul etdikdə sidiyə çıxma istəyini artırır. Bununla da bədəndə suyun yığılmasının qarşısını alır.

RAZYANA TOXUMU YAĞINDAN NECƏ İSTİFADƏ OLUNUR?

Hər səhər yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan ilıq suyun içərisinə 2 damcı tökün və suyu için. Bu müddət ərzində saxladığınız pəhriz də vacibdir. Sadəcə razyana yağıyla arıqlamanız çətin ola bilər. Pəhriz saxlayarkən karbohidratların qəbulunu azaltmalı və çoxlu hərəkət etməlisiniz. Amma razyana toxumu yağından istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Firuzə Alimova / TurpKimi.com