REKLAM

Sizə faydalı olan çörəyi evdə özünüz hazırlayın - TƏBİİ və QATQISIZ


Çörəyi sevib, amma yeyə bilməyənlər üçün qatqısız çörək resepti.

news
REKLAM

Ölkəmizdə çörəyi sevənlər az deyil. Lakin dadı fərqli olan, bahalı olsa da faydasından bixəbər olduğumuz cürbəcür çörəklər satılır. Əlbəttə, tərkibini bilmədiyimiz qidanı nə ürəkdən yeyə bilirik, nə də faydasından əmin oluruq. Evdə hazırlayacağınız qatqısız çörək isə sizə tamam başqa gələcək və ürəkdən yeyərək dadından zövq alacaqsınız.

TAXIL ÇÖRƏYİNİN HAZIRLANMASI ÜÇÜN LAZIM OLANLAR:

- 20 qram quru maya

- 3 stəkan ilıq su

- 1 kq əla buğda unu

- 200 qram kətan toxumu

- 150 qram balqabaq tumu

- 150 qram günəbaxan tumu

- 1 stəkan iri təmizlənmiş qoz

- 20 qram duz

ÇÖRƏYİN ÜSTÜ ÜÇÜN

- 2 xörək qaşığı təmizlənmiş balqabaq tumu

- 2 xörək qaşığı süd

HAZIRLANMA QAYDASI

Mayanı yarım stəkan ilıq suda 10-15 dəqiqə saxlayın. Unu geniş bir qaba töküb ortasını açın. Həmin açılmış hissəyə maya, duz və yerdə qalan suyu əlavə edərək yumşaq xəmir əmələ gələnə qədər yoğurun. Xəmir ələ yapışmayacaq hala gələndə üzərinə nəm dəsmal örtün və 1 saat mayalanması üçün gözləyin. Mayalandıqdan sonra xəmirə kətan toxumu, balqabaq tumu, günəbaxan tumu və qoz əlavə edib yavaşca yoğuraraq qarışdırın. Daha sonra xəmiri ətrafları hündür olan qaba yerləşdirin. Üstünə süd çəkib balqabaq tumu səpin. Daha 2 saat da mayalandırın. İkinci mayalanma gerçəkləşdikdən sonra əvvəlcədən qızdırılmış 180 dərəcəlik peçdə 30-35 dəqiqə bişirin.

Nuş olsun!

Firuzə Alimova / TurpKimi.com

REKLAM