ÇAYI nə ilə içmək olmaz?


Yeyib içdiklərimizin qana sovrulması vacibdir.

cayi-ne-ile-icmek-olmaz
12.11.2020 10:14 1 dəq oxuma

İstənilən çayı limon və ya mürəbbə ilə içmək olar, amma digər hallarda qarışımlar ziyanlı ola bilər.

TurpKimi.com bildirir ki, bunu rusiyalı dietoloq Yelena Solomatina deyib.

O bildirib ki, çayın tərkibində antioksidantlar mövcuddur və bu, ürək-damar sisteminə, görmə qabiliyyətinə müsbət təsir göstərir, eləcə də bəzi şişlərin yaranmasına mane olur.

Qeyd olunur ki, çayı südlə çox içmək məsləhət görülmür. Süd çayın tərkibindən faydalı antioksidantları neytrallaşdırır və nəticədə mədədə qıcqırma yarana bilər.

Bundan başqa, çaya bal qatmaq da məsləhət görülmür. Bu prosesin orqanizmə ziyanı olmasa da, heç bir xeyri də yoxdur.

TurpKimi.com