Sizi yavaş-yavaş ölümə aparan 20 qida - Diqqət! Hər gün istifadə edirik


Hər gün istifadə etdiyinizin qidaların sizi yavaş-yavaş ölümə apardığını bilirdinizmi?

sizi-yavas-yavas-olume-aparan-20-qida
24.05.2019 01:15 6 dəq oxuma

Çoxlarımız bu qidaların bir qismini gündəlik menyumuzdan əskik etmirik.  Əgər bu qidaların hamısnı birlikdə qəbul etsəniz ölümə pəncərə açmış  olarsınız. Ona görə də hər gün nəyi  nə ilə yediyinizə cddi fikir verin. 

TurpKimi.com oxuculara insanları yavaş-yavaş ölümə aparan 20 qidanı təqdim edir:

Bu qidalardan əsla imtina edə, rasionunuzdan çıxarda bilmirsinizsə, azaldın və ya sağlam qidalarla əvəz edin. 

Bu qidaların bəziləri yüksək qan təzyiqi, yüksək xolesterol, ürək xəstəlikləri, diabet, Alzheimer və hətta xərçəngə yol açır. Onların piylənməyə səbəb olduğunu  və depressiyaya saldığını unutmayın.

  1. Konservləşdirilmiş pomidor sousları

 Konservləşdirilmiş pomidor sousları  sanki gizli qatildir. Pomidor sousları şəkərin gizli qaynağıdır. Kökəlmə, şəkər, ürək xəstəlikləri, diş çürüməsinə səbəb olur.

Bu problemlərin qarşısını almaq üçün sousu özünüz hazırlayın. Təzə pomidorlardan istifadə edin. Soyulmuş pomidor və ədviyyatları bir yerə qarışdıraraq mükəmməl bir sous hazırlaya bilərsiniz.  Əgər özünüz hazırlaya bilmirsinizsə, tərkibndə az şəkər və duz olan tanınmış keyfiyyətli markalara üstünlük verin. 

2. Qazlı içkilər

Qazlı içkilər hormonlardan tutmuş dəriyə, qan şəkərindən tutmuş əhval-ruhiyyəyə qədər dəyişə bilir. “Vitamin və minerallarla zəngin içkilər” kimi marketinq yalanlarını unudun.  Qazlı içkilər şəkər, qida boyası və konservantlardan ibarətdir.  Şəkərsiz qazlı içkilər isə süni dadlandırıcılardan hazırlanır. Ən yaxşısı meyvə şirəsi için və içkinizi özünüz evinizdə hazırlayın.  

3. Şəkər

Əgər sağlam dişləriniz varsa, onu qorumağın sağlam yollarını tapın.

 Şəkər yüksək dərəcədə asılılıq yaradır və piyləndirmə, ürək xəstəlikləri yaradır. Şəkəri azaltmaqla diabet, xərçəng, piylənmə, ürək xəstəliklərinə tutulma riskini də azaltmış olursuz. Şəkər yemək istəyinizi meyvə yeməklə və ya baldan istifadə etməklə yatışdırın.  Şəkər yerinə təbii şirin qidalara meyvə və meyvə qurusu, çərəzlərə üstünlük verin.

4. İşlənmiş ət məhsulları

Sosis, kolbasa kimi nitrit, sodium, konservantlarla zəngin işlənmiş ət məhsulları xərçəng, ürək xəstəliyi, diabet,  hətta davranış problemləri və öyrənmə çətinlikləri riskini artıra bilər. İşlənmiş ət məhsullarının mənfi təsirlərini azaltmaq üçün supermarketlərdən çox, yerli qəssablara üz tutun. Onların ənənəvi üsulla hazırladıqları kolbasa və sosislərə üstünlük verin. 

5. Bitki yağları

Bitki yağları  mətbəximizin ayrılmaz  bir hissəsidir və biz onlardan çox rahatlıqla, düşünmədən istifadə edirik. Ancaq bitki yağlarının GMO-dan (geni dəyişdirilmiş məhsullar) hazırlandığını unutmamalıyıq. Bundan əlavə, bitki yağları ürək-damar xəstəliyi, obezite, xərçəng və Alzheimer xəstəliyinə səbəb ola biləcək təhlükəli trans yağları ehtiva edir. Etiketi yoxlayın, əgər rafinə edilmiş, saflaşdırılmış  yazısı varsa, deməli təhlükəli sərbəst radikallarla zəngindir, bu da xərçəng  hüceyrələrinin inkişafına səbəb olur, yaşlanmağı sürətləndirir və müxtəlif xəstəliklərə qapı açır.  Zeytun, kokos və ya avokado yağı kimi sağlam alternativlər seçin.

6. Marqarin

Marqarin marketinq siyasətinin uydurduğu böyük yalanlardan biridir. Marqarin heç cürə sağlam yağ ola bilməz. Marqarinlər kimyəvi qatqı maddələri, ürək və qan damar sisteminə zərər vuran trans yağlarla  zəngindir. Marqarindən imtina edin.

7. Hamburger və hot doq

Hot doq və hamburgerlər  kimi bişmiş və işlənmiş, duzlu ətlər sağlamlığınız üçün zərərli olan bir çox konservantlardan ibarətdir. Mütəxəssislər hot doqların orqanizmə olan təsirinin siqaretlə eyni olduğunu qeyd edirlər. Xərçəng  hüceyrələrini oyadan kimyəvi maddələrlə zəngin bu qidalardan uzaq durun.  Dədə-baba qaydası ilə qidalanmağı üstün tutun. Nənələrimizin hazırladıqları şor-çörəyin yerini heç nə verə bilməz. 

8. Qızardılmış kartof çipsləri

Bütün qızardılmış yeməklərdə akrilamid adlı təhlükəli bir maddə var.  Akrilamid yoğun bağırsaq, döş, prostat xərçəngi riskini artırır. Beləliklə, kartof çipsindən qaçın və ya evdə sağlam şəraitdə hazırlayın. Kartofları nazik və halqa şəklində doğrayın, bir az zeytun yağı və duz əalvə edib qızardın.

9. Konservləşdirilmiş salat sousları

Salat sousları kimyəvi qatqı maddələri, süni rəngləndiricilər, şəkər, yüksək fruktozalı qarğıdalı siropu ilə zəngindir. Salad souslarını ev şəraitində limon, zeytun yağı və alma sirkəsi ilə hazırlayın. 

10. Süni dadlandırıcılar

Onlar şəkərdən heç də yaxşı deyil.  Hətta daha pisdir. Aspartam,  neotam kimi zəzərli maddələr ehtiva edir.  Süni dadlandırıcılar daha az kalorili ola bilər, ancaq yenə də diabet, yüksək qan təzyiqi, ürək xəstəlikləri, metabolizmada pozğunluq kimi təhlükəli xəstəliklər yaradır. 

Bəlkə də fərqində deyilsiz, şəkərsiz saqqız ən təhlükəli maddə olan aspartam ehtiva edir. Şəkəri bal, ağcaqayın siropu,  aqave siropu  (Aloe-veraya oxşar bitki) ilə əvəz edin. Aqavenin  görünüşü Aloe-veraya bənzəyir, kaktus da deyil.

Meksika, Cənubi Amerikanın tropik bölgələri və ABŞ-ın cənub qərbində bitir. Gövdəsindən şirin şərbət hazırlanır.

11. Alkoqol, spirtli içkilər

İndiyədək spirtli içkilərdən heç kəs xeyir tapmayıb. Kalorisi çox yüksəkdir, qaraciyərin zədələnməsinə, çəkinin artmasına, depressiyaya və dəri problemlərinə səbəb ola bilər.

12.  Ağ çörək, rəfinə edilmiş unlar

Buğda xeyirlidirsə, unun da xeyirli olması mütləq deyil. Ağ undan hazırlanmış çörəklər sağlamlığa ziyandır. Çünki ağ un  bütün qida liflərindən, minerallardan və vitaminlərdən arınır və  ağ rəngi almaq üçün kimyəvi maddələrlə qarışdırılmış taxıl tullantılarıdır. Ondansa tam buğda çörəyi yeyin.

13. Süd məhsulları

Bəli, bu dünyaya gəldikdə ilk qidamız süddür.  Ana südü inəyin  südü ilə müqayisədə çox fərqlidir.

Biz böyüdükcə laktozaya qarşı müqavimətimiz də artır.  Süd məhsulları qidanın sorulmasını yavaşladır, miqren, artrit, xərçəng, allergiya və astma ilə sıx bağlıdır.

Hind qozu və ya badam südü istifadə edin. Dadı çox gözəldir. Sizi yavaş-yavaş inək südü kimi öldürməz.

14. Manqalda ət

Kababın qoxusuna dayanmaq çətindir. Ət  bişən zaman ətə kimyəvi maddələr daxil olur və bu da mədəaltı vəz və döş xərçəngi riskini artırır. Manqalda ətin dadından və qoxusundan yan dura bilmirsinizsə, ətə kansorogen maddələrin daxil olmasını önləmək üçün bibəriyədən (rozmarin ) istifadə edin. Ətə bibəriyə səpin. 

15.Şəkərli, enerjili plitkalar

Enerji çubuqları enerjinin sürətli  partlayışına ehtiyacı olan idmançılar üçün lazım ola bilər. Enerji plitkaları şəkər, yüksək fruktozalı qarğıdalı şərbəti, qoruyucu maddələr və trans yağ ehtiva edə bilər. Beləliklə, kalori, şəkər və süni maddələrlə dolu olan konfetdir. Başqa bir sözlə, bu bombalanmağa bilet almaq kimi bir şeydir.

16. Fəst-fud, əlüstü yeməklər

Fəst-fud məhsulları ucuzdur və hər yerdədir. Dadı da çox gözəldir. Bəs onu dadlı edən şeylər nələrdir? Sous, trans yağlar, qatqı maddələri ona xüsusi dad  verir. Əlüstü yeməklər şəkər, təzyiq, ürək-damar xəstəlikləri və s.  səbəb olur.

17. Buğda

Buğda qanda şəkərin səviyyəsini qəfldən və böyük miqdarda artıran karbohidrat ehtiva edir.  Bu yüksək insulin istehsalını və çəki artmasını tətikləyir. Bir müddət sonra mədəaltı vəziniz çox işləyəcək və insulinə tələbatınız artacaq, daha sonra şəkər xəstəsi olacaqsınız. Qanda şəkərin səviyyəsi artacaq, qocalma prosesi güclənəcək və dəriniz tez qırışacaq. Buğdanın da geninin dəyişdirildiyini unutmayın. 

18. Səhər yeməyi üçün istifadə edilən taxıl məhsulları

Yenə marketinq siyasəti günahkardır. Qəhvəaltı yulafları rəngli və əyləncəli görünüşləri qədər zərərsiz deyillər. Şəkər, süni rəngləndiricilər, qoruyucular, GMO-lu məhsullarla zəngindirlər və istehsal prosesində yararlı maddələrini  itirilər. Bunun əvəzinə yulaf əzməsini bir az təzə və quru meyvələrlə yeyin. Dadı çox gözəldir və sizin üçün də çox yaxşı təsiri olacaq. 

19. Qablaşdırılmış meyvə şirələri

Qablaşdırılmış meyvə şirələrinin 100 faiz təbii olduğuna dair bilgiyə əsla inanmayın.  Bu meyvə şirələri şəkər, süni rəngləndiricilər və dadlandırıcılar, konservant ehtiva edir.  Meyvələr pasterizə edilən  zaman qidalılıq dəyərini itirir.  Ən sağlam və dadlı meyvə suyunu evdə əllərinizlə hazırlayın. 

20. Duz

Qan təzyiqinin tənzimlənməsində duz mühüm rol oynayır.  Həddindən artıq duz qəbulu yüksək təzyiqə, ürək və qan-damar xəstəliklərinin inkişafına səbəb olar. Orqanizminizin ehtiyacından çox duz qəbul etməyin.  Duzun miqdarına diqqət edin, gündə sadəcə olaraq 3.75 qram duz yetərlidir. 6 qramdan artıq duz qəbulu sağlamlıqda ciddi problemlərin yaranmasına səbəb olur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com