Yediyiniz yumurtanın sarısı yaşıl-boz rəngə çalır? - Diqqət, səhviniz var!


Soyutma yumurta yeməyi sevənlərin nəzərinə!

yediyiniz-yumurtanin-sarisi-yasil-boz-renge-calir
15.10.2022 08:08 1 dəq oxuma

Yumurtanın sağlamlıq üçün çox faydalı qida olduğu hər kəsə məlumdur. Lakin yumurtanı düzgün bişirmədikdə həm qida dəyərindən faydalana bilmərsiniz, həm də qeyri-sağlam vəziyyətlər yaranar.

Yumurtanı 10 dəqiqədən çox bişirdikdə, yumurta sarısının ətrafında kükürdlü-dəmir halqa deyilən yaşıl-boz rəngli təbəqə meydana gəlir. Çox bişirildikdə ortaya çıxan bu halda yumurtanın həzm edilməsini çətinləşdirir.

Niyə yaşıl-boz halqa yaranır?

Çox bişirildikdən sonra yumurtanın sarısı ətrafında yaranan yaşıl-boz halda dəmir və kükürdün birləşməsindən meydana gəlir. Yumurtanın həzm edilməsini çətinləşdirən bu halqanın yaranmaması üçün bişirmə müddətinə fikir vermək lazımdır. Yumurta 10 dəqiqəni keçməməklə suda qaynadılmalıdır.

Ancaq yumurta çox deyil, yarı bişmiş halda bişiriləndə də faydası azalır. Belə ki yarı bişmiş halda yumurtadakı biotin adlı vitamin proteinləri bağlayır və yumurtadan hərtərəfli faydalana bilmirik.

Odur ki yumurtadan faydalanmaq üçün ocağın üzərində 10 dəqiqə qalmalıdır. Su qaynamağa başlayanda isə altı söndürülməlidir.

Yazılıb: 12.05.2019-cu ildə...

Firuzə Alimova / TurpKimi.com