Beyin hüceyrələrini yeniləyən - 6 MÖHTƏŞƏM QİDA


Qidayla beyin hüceyrələrini yeniləmək mümkündür.

beyin-huceyrelerini-yenileyen
13.10.2022 21:27 3 dəq oxuma

Sizə elə qidalardan bəhs edəcəyik ki, onları yediyinizdə faydasını yaşlandığınız zaman görəcəksiniz.

Bu gün unutqanlıq, zehni yorğunluq, fokuslanmaqda çətinlik çəkmək və diqqət əskikliyi gənc-yaşlı fərq etmədən 7-dən 77-yə kimi bütün yaş qruplarında olan insanların yaşadıqları problemlərdən biri olub. Bunun kökündə müxtəlif səbəblər dursa da, şübhəsiz ən əsas təsirlərdən biri sağlam qidalanmamaqdır. Beynimizin sağlam fəaliyyəti üçün təxirə salmayacağınız digər vacib məqam isə qədərində və nizamlı qidalanmaqdır. Bundan başqa tərkibindəki vitamin və minerallardan dolayı beynin sağlamlığının qorunmasında önəmli olan bəzi qidaları nizamlı olaraq qəbul etməyimizdir.

TurpKimi.com beynin sağlam fəaliyyəti üçün qəbul ediləcək əsas qidaları təqdim edir:

Beyin sağlamlığını qorumaq üçün diqqət etməli olduğumuz vərdişlərdən ən birincisi hər gün lazımi miqdarda su içmək olmalıdır. Çünki su içilmədikdə bədənimizdə ilk təsirlənən orqanlardan biri beyin olur. Bir sözlə, gündə ən az 8-10 stəkan su içmək mütləqdir.

BALIQ

Omeqa 3 ilə zəngin olan balıq beynin sağlamlığını qorumaq və gücləndirmək üçün qidalanma rasionunuzda mütləq yer almalıdır. Balıq yağının beyindəki yaddaş və  elmi qabiliyyətlərin itirilməsindən qoruduğunu göstərən çoxlu sayda araşdırmalar mövcuddur. Beyin hüceyrələrinin böyük hissəsi yağ turşularından ibarətdir. Omeqa 3 yağı qəbul etdikdə sinirlər arasında əlaqənin daha yaxşı təmin olunmasına və beynin həcminin qorunmasına kömək edir.

Beynin sağlamlığı üçün həftədə ən azı 2 dəfə, tərkibində civə az, Omeqa 3 çox olan sardina, kilkə, istavrit və lüfər kimi yağlı balıqları yeməyə üstünlük verin.

YUMURTA

Yumurta orqanizm üçün çox vacib və keyfiyyətli heyvani protein qaynaqlarından biridir. Beyin hüceyrələrinin inkişafında son dərəcə əhəmiyyətli gücə malikdir. Öyrənmə və yaddaş kimi elmi funksiyaları gücləndirir.

Yumurtanın tərkibində B vitamini olan kolin var. Kolin yeni beyin hüceyrələrinin yaranmasına təsir edir. Yumurtanın tərkibindəki amin turşular hüceyrələrin funksiyaları ilə əlaqəyə girərək zehni və nevroloji pozulmaların qarşısını alır, nevrotransmitter balansı qoruyur. Zehni gücü artırmaq üçün hər səhər 1 ədəd yumurta yemək lazımdır.

TAM TAXIL MƏHSULLARI

B qrup vitamin qaynağı olan taxıl məhsulları beyin sağlamlığının qorunması və güclü yaddaş üçün lazımlıdır. Zəngin lif qaynağı olan kəpəkli taxıl məhsulları qidalanmanızda mütləq olmalıdır. Tam buğda unundan hazırlanan çörək B qrup vitaminlərinin ən gözəl qaynağıdır.

B qrup vitaminlər sinir hüceyrələrinin işlərini sağlam formada görmələrini, sinir siqnallarının düzgün işləməsini təmin edir. Xüsusilə də B qrup vitaminlərdən B6,  B12 və fol turşusu qanda hormosistein adlı maddənin yüksəlməsinin qarşısını alaraq Alzheimer xəstəliyi riskini azaldır.

QOZ

Qoz omeqa 3 və 6 yağ turşuları, fosfor, kalsium, kalium və dəmirlə zəngin olan çərəzdir. Aparılan elmi araşdırmalar qozun yaddaşı, qavrama və öyrənmə qabiliyyətini yaxşılaşdırdığını göstərir.  Gündə 3-4 ədəd qoz yemək beyin sağlamlığı üçün çox vacibdir. Uşaqlar da beynin inkişafı üçün gündə ən azı 2 ədəd qoz və ya omeqa 3 ilə zəngin olan fındıq, badam (10-15 ədəd)  yeməlidirlər.

QATIQ

Kalsiumla zəngin olan qatıq tərkibindəki tirozin ilə yaddaşı gücləndirməyə kömək edir. Qatıq və ya digər süd məhsullarından gündə ən azı 2 porsiya qəbul etməyə çalışın.

YER FISDIĞI

Yer fısdığı niasinlə zəngindir. Sinir sisteminin sağlam işləməsinə təsir edir, Alzheimer riskini azaldır. Lakin yer fısdığının alergik özəlliyi və yüksək kalorili olduğunu unutmayın. Odur ki, gündə 15-20 ədəd yeməniz kifayət edir.

SƏHƏR YEMƏYİ yemədən olmaz!

Günün ən vacib yeməyi səhər yeməyidir. Buna səbəb bədənin ehtiyac duyduğu ən vacib vitamin və elementlərin səhərlər qarşılanmasıdır. Aparılan araşdırmalara görə, gecə uzun müddət davam edən aclıqdan sonra səhər yeməyi yeyilməsə, zehni fəaliyyətdə azalma, diqqət əskikliyi kimi problemlər yaranır. Hərdən baş ağrısına, baş gicəllənməsinə və halsızlıq kimi halların yaşanmasına gətirib çıxarır. Günə gümrah başlamaq üçün səhər yeməyinizdə mütləq yumurta, pendir, pomidor, xiyar və tam taxıl çörəyi olmalıdır. Uzun müddət tox qala bilmək üçün səhərlər zeytun, qoz, fındıq və badam da yeyə bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 16-07-2019