Şaftalılı dondurma resepti - Bunu hər kəs sevəcək


Övladlarınız üçün sağlam sərinləşdirici təam axtarırsınızsa, bu resepti mütləq hazırlamalısınız.

saftalili-dondurma-resepti
14.08.2022 01:24 2 dəq oxuma

Dondurmasız yayı təsəvvür etmək mümkün deyil. Xüsusilə uşaqların sevimlisi olan dondurmaları ev şəraitində hazırlamaqla həm sağlamlıqlarına fayda verərsiz, həm də xüsusi əvəzedilməz dad əldə etmiş olarsız.

TurpKimi.com evdə hazırlayacağınız şaftalılı dondurma reseptini təqdim edir:

Ərzaqlar:

 8 ədəd şaftalı

 200 milli qaymaq krem

1 su stəkanı şəkər tozu

1 ədəd yumurta sarısı

  

Hazırlanması:

Kiçik ölçüdə qazana qaymaq krem və şəkər tozu töküb orta ocaqda bişirməyə başlayın.

Şəkər əriyəndən sonra  yumurta sarısını çalaraq kremə əlavə edin. Yəni əvvəl yumurta sarısını çalın və bişən kremdən az-az  yumurtaya əlavə edib temperaturları eyniləşdirin və qazanı ocaqdan götürün.

 Yuyub quruladığınız şaftalıların qabığını soyub tumlarını çıxarın və kobud şəkildə doğrayın.

Doğradığınız  şaftalıları mətbəx robotuna tökün və çəkin.

Sonra hazırladığınız kremli qarışığı əlavə edib bütün ərzaqları bir-birinə  qarışana qədər qarışdırın.

 Hazırladığınız dondurma qarışığını mətbəx robotunun xəzinəsiylə birlikdə dondurucuya qoyun və 30 dəqiqə gözləyin.

Yüngül soyuyan qarışığı dondurucudan çıxardıb yenə robotdan keçirib, dondurucuya qoyun.

 Bu prosesi dondurma şəkli  alana qədər hər yarım saatdan bir təkrar edin.

Hazır olma müddəti miqdara və qaba görə dəyişir və bu reseptdə 6 saata hazır olur.

 Mətbəx robotunuz yoxdursa, dondurma qarışığını geniş bir qaba töküb, hər 30 dəqiqədə bir qaşıqla qarışdıraraq da hazırlaya  bilərsiz.

Dondurma hazır olanda isə  arzuladığınız kimi bəzəyərək süfrəyə verin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

26-06-2019