REKLAM

Yeyən kimi uşaqları öldürə bilən ən təhlükəli - 12 QİDA


Valideynlər diqqət!

news
REKLAM

Bilirik ki, yediklərimiz orqanizmimizə enerji və fayda verir. Lakin bəzən faydalıdır deyə yediyimiz qidalar ölümə də səbəb ola bilir.

TurpKimi.com bildirir ki, mütəxəssislər yeyildiyi zaman uşaqları dərhal boğa biləcək qidalara qarşı valideynlərə xəbərdarlıq edir. Çünki sevərək yeyilən 12 qida uşaqlar üçün ölümcül təhlükəlidir.

AĞ ÇÖRƏK

Ağ yumşaq çörək boğazda tıxanmaya səbəb olur. Yumşaq ağ çörəyin qızardılıb və ya kiçik hissələrə bölünərək uşaqlara verilməsi məsləhətlidir.

KÖK

Yumru və çeynənməsi çətin olan qidalar uşaqlar üçün təhlükəlidir. Təhlükəli qidalardan biri olan kökün bişirilməsi və ya rəndələnməsi məsləhətlidir.

POP KORN (partladılmış qarğıdalı)

Qarğıdalı hissəciklərinin boğaza tıxanıb qalması ölümcül olaraq qiymətləndirilir. Xüsusilə də azyaşlı uşaqlara qətiyyən verilməməlidir. Diqqətli olun!

SƏRT və YUMŞAQ ŞİRNİYYAT

Xırda, sərt və yumşaq olan şirniyyatlar uşaqların boğazında tıxanmaya səbəb ola bilən qidalardandır. Ağızda yavaş-yavaş əriyən bu şirniyyatlardan uzaq durmaq tövsiyyə edilir.

KRAKƏR

Bu kimi qidalar 2 yaş və ondan kiçik olan uşaqlar üçün risklidir. Krakərlərin sərt və quru olması uşaqların boğazını zədələyir.

Günəbaxan TUMU və ÇƏRƏZLƏR

Kiçik olan bu qidalar uşaqlar tərəfindən çeynənmədən udula bilir. Boğulma təhlükəsi yaradan bu kimi qidalar uşaqlara verilməməlidir.

PENDİR

Pendirin uşaqlara böyük hissələrə bölünmüş formada deyil, rəndələnmiş şəkildə verilməsi məsləhətlidir.

ÜZÜM

Görünüşcə məsum və faydalı olan üzüm bütöv şəkildə udularsa, nəfəs borusunu tıxayaraq uşağın ölümünə qədər apara bilər. Bu kimi meyvələrin kəsilərək uşaqlara yedizdirilməsi lazımdır.

SAQQIZ

Saqqızın yapışqan olması böyük təhlükədir. Uşaqları saqqızdan uzaq tutun!

MARSMALLOV

İçərisində çoxlu miqdarda şəkər olan bu qidanın uşaqlara verilməməsi çox vacibdir. Həddən çox yeyilməsi tıxanmaya və sağlamlıq problemlərinə yol açır.

ALMA

“Vitamini qabığındadır!” sözü bəzən təhlükəyə də səbəb olur. Mütəxəssislər istər uşaqların, istərsə də böyüklərin soyulmadan yediyi almanın təhlükəli olduğunu vurğulayır.

SÜMÜKLÜ toyuq əti

Bəzən marketdən sümüksüz olaraq aldığımız toyuq ətinin içindən gözlənilmədən çıxa biləcək sümüklərə qarşı diqqətli olmalıyıq. Bu sümüklər nəfəs yolunda qalarsa ölümlə nəticələnir.

Firuzə Alimova / TurpKimi.com

REKLAM