Uşaq çips yedikdən sonra kor oldu - Həkimlər xəbərdarlıq edir


Cips və digər faydasız qidaların uşaqda yaratdığı səbəb...

usaq-cips-yedikden-sonra-kor-oldu
03.09.2019 21:44 1 dəq oxuma

İngiltərədə 17 yaşlı yeniyetmə 3 il bundan əvvəl gözlərində zəiflik olduğu üçün həkimə gedib.

TurpKimi.com türk mediasına istinadən xəbər verir ki, həkimin etdiyi analizlər nəticəsində uşaqda əhəmiyyətli dərəcədə vitamin əskikliyi üzə çıxıb.

Həkim uşağa xüsusi qidalanma rasionu hazırlayıb və müxtəlif dərmanlar verdikdən sonra evə göndərib. Lakin uşaq həmin diet siyahısına əməl etməyərək vərdiş etdiyi rejimdə qidalanmağa davam edib. Hər gün cips, kartof qızartması və ağ çörəklə qidalanan uşaq hərdən sadəcə jambon (donuz ətindən hazırlanmış və sobada bişirilmiş kolbasa tipli qida) və sosiskalı səndviç yeyib.

3 ildən sonra uşaq yenə həkimə müraciət edib və bu dəfə gözləri tamamilə görməyib. Uşağın narahat olduğunu görən həkimlər onu yenidən testdən keçiriblər və məlum olub ki, onun bədənində vitamin çox az miqdardadır. Bütün müayinələrdən keçən uşağın bir daha görə bilməyəcəyi bildirilib. Pis qidalanma vərdişinə sahib olan uşağın ailəsi yaşanan vəziyyətlə bağlı nə edəcəklərini bilməyib.

Uşağın ailəsinə açıqlama verən həkimlər bildirib ki, uşaq 3 il bundan əvvəl gələn zaman verilən qidalanma rejiminə riayət etsəydi bu gün görmə qabiliyyətini itirməyəcəkdi. Çips, kartof qızartması, ağ çörək və sair kimi qidaların sinirləri məhv etdiyi və müalicə gecikdirildiyi halda qalıcı korluğa yol açdığı bildirilib.

Firuzə Alimova / TurpKimi.com