REKLAM

İnfeksiyalarla mübarizə aparan immun sistemini necə formalaşdırmaq olar? - Açar qidalar


Müəyyən qidalarla bəslənmək immunitet sisteminizin güclü olmasına kömək edə bilər.

news
REKLAM

Qışın gətirdiyi infeksiyalardan qorunmaq üçün hər bir ölkənin yerli bazarları ziyarət etmək, yerli məhsullarından  istehlak edilməlidir. 

 

"İmmunitet sistemini necə gücləndirə bilərik? Nələri yeməliyik?" kimi suallara cavabı TurpKimi.com verəcək. 

1. Sitrus bitkiləri

Adətən qripə yoluxduqdan sonra C vitamini depose olan sitrus meyvələrinə üz tuturuq. Yaxşı olardı ki, xəstələnməmişdən qabaq bu neməti süfrənizdən əskik etməyəsiz.   Çünki C vitamini immunitet sisteminizi gücləndirməyə kömək edir. C vitamini ağ qan hüceyrələrinin istehsalını artırır. Bu, infeksiyalarla mübarizənin açarıdır.

Məşhur sitrus meyvələri bunlardır:portağal, naringi, limon növləri

2. Qırmızı bibər

Sitrus meyvələrindən də çox C vitamini   deposu qırmızı bibərdir. Qırmızı dolmalıq bibər iki dəfə daha çox C vitamini ehtiva edər. Eyni zamanda zəngin  beta karoten qaynağıdır. C vitamini immunitet sisteminizi gücləndirməklə yanaşı sağlam dərinin qorunmasına kömək edə bilər. Beta karoten gözlərin və dərinin sağlam qalmasında böyük rol oynayır. 

3. Brokoli

Brokoli tərkibində bir çox vitamin və mineral saxlayır. A, C və E vitaminləri, antioksidant və lif baxımından zəngin olan  brokoli masanıza qoya biləcəyiniz ən sağlam tərəvəzlərdən biridir. Tərkibindəki vitaminlərin itməməsi üçün az bişirmək lazımdır,  yəni çox aşağı temperaturda bişirilməsinə diqqət etməliyik.  

4. Sarımsaq

Sarımsaq demək olar ki, bütün dünya mətbəxində yer tutur. Keçmişdən bəri   infeksiyalarla mübarizədə istifadə edilib. Sarımsaq qan təzyiqinin aşağı düşməsinə və arteriyaların sərtləşməsinin yavaşlamasına kömək edir. Sarımsağın immunitet artırıcı xüsusiyyəti tərkibində olan  allisin adlı  kükürd ehtiva edən birləşmə ilə əlaqəlidir. 

5. Zəncəfil

Zəncəfil boğaz ağrısı və digər iltihablı xəstəlikləri azaltmağa kömək edir. Ürək bulanması və xroniki ağrının azaldılmasına,  xolesterolun aşağı düşməsinə kömək edir. 

6. İspanaq

İspanaq C vitamini baxımından zəngindir. İmmunitet sisteminin infeksiyalarla mübarizə qabiliyyətini artıran çox sayda antioksidant və beta karotenlə zəngindir.  Brokoliyə bənzər şəkildə ispanağın qida dəyərini qoruya bilməsi üçün mümkün  qədər az bişirilməlidir. Çiy istehlakı, ya da yarıbişmişi daha faydalıdır. 

7. Qatıq

Canlı və aktiv bakteriyalarla zəngin qatıq immunitet sistemini gücləndirir. Qatıq  D vitamini baxımından da əhəmiyyətli bir qaynaqdır. D vitamini immunitet sistemini tənzimləməyə kömək edir və bədənimizin xəstəliklərə qarşı təbii müdafiə qabiliyyətini artırır. 

8. Badam

E vitamini sağlam  immunitet sisteminin açarıdır. Badam kimi çərəzlər də sağlam yağlarla zəngindir. Təxminən 46 dənə badam təklif edilən gündəlik E vitamini miqdarını tam ödəyir. 

9. Sarıkök

Sarıkök (Zərdəçal) bir çox əhəmiyyətli komponentlə zəngindir. Sarıkök anti-inflamatuar (iltihablanmaya qarşı) kimi illərdir istifadə edilməkdədir. Sarıkökün  özünə xas rəngini verən yüksək kurkumin maddəsi məşqlə bağlı əzələ zədələnməsinin   qarşısını alır. 

10. Yaşıl çay

Həm yaşıl, həm də qara çay bir növ antioksidant olan flavonoidlərlə zəngindir.  Yaşıl çayın tərkibində olan EGCG-nin immuniteti gücləndirdiyi məlum olub. Yaşıl çay eyni zamanda L-theanine amino turşusunun əsas qaynağıdır. 

11. Kivi 

Kivi təbii olaraq folat, kalium, K vitamini və C vitamini də daxil olmaq üzrə bir çox təməl qida maddəsi ilə zəngindir. Kividə olan C vitamini infeksiyalarla döyüşən ağ qan hüceyrələrini gücləndirər.  

Vüsalə Əlövsətqızı,TurpKimi.com

REKLAM