REKLAM

Baş ağrısından əziyyət çəkənlər! - Sadəcə bir ədəd yeyin


Baş ağrısından əziyyət çəkənlər hər gün bu nemətdən bir ədəd yeməlidirlər. 

news
REKLAM

TurpKimi.com xəbər verir ki,  qırmızı acı istiotun tərkibində olan kapsaisin molekulu bibərə acı dadı verir və bitkinin ağzı yandırmasına səbəb olan şəfa qaynağıdır. Əslində  bu molekulun ifraz edilməsində məqsəd bitkinin özünü qorumasıdır.  

Qırmızı acı bibərlər mədəni bitkilərin ən qədimindəndir. Acı bibərlər təbii antibiotik kimi Orta Amerikada maya xalqı tərəfindən uzun müddət istifadə edilib.  Avropalıların bu qitəni kəşf etməsi ilə aci bibərin sirri də bütün dünyaya yayılıb.   

Tərkibində C və E vitaminləri,  provitamin A və mikrob əleyhinə elementlər olduğuna görə tibb sahəsində də geniş istifadə edilib.   Lakin antibiotiklərin kəşfindən sonra bu nemətin tibb sahəsində istifadə qaydası unudulmağa başlayıb. Daha çox yeməklərdə dad verici ədviyyat kimi istifadəsi geniş yayılmışdır.  Kapsaisin maddəsinin təsirini sübut edən çox sayda elmi araşdırmalar mövcuddur. 

"International Journal of Food Properities" adlı jurnalda 2012-ci ildə dərc olunmuş məqalədə kapsaisinin tərkibi və insan orqanizminə təsirindən bəhs edilib.  

2017-ci ildə Hindistanda aparılan araşdırmalarda acı bibərin tərkibində olan kapsaisin maddəsinin dəri infeksiyası törədən bakteriyalarla mübarizədə uğurlu olması üzə çıxarılıb.  Kapsaisindən ağrıkəsici kremlərin tərkibinə qatılacağı haqda fikir irəli sürülüb. 

Kapsaisinin kiçik hüceyrəli ağciyər, döş, prostat və dəri xərçəngində xərçəngli hüceyrələrin bölünməsində rolu olan “p53” geninin aktivliyini azaldaraq xəstə hüceyrələrin çoxalmasının qarşısını  alması  haqda təcrübələr aparılmışdır.  

Oncology Letters jurnalında 2019-cu ildə yayımlanan məqalədə dəri xərçəngi xəstəliyinin ən təhlükəli növü olan melonomaya qarşı  kapsaisinin daha fəal təsir göstərməsi haqda məlumat verilib. 

Bütün sınaqların uğurla başa çatmasına baxmayaraq kapsaisinin xərçəng üzərində müsbət təsiri sadəcə heyvanlar üzərində test edilib.  Birbaşa insanlar üzərində təsiri isə tam sübut edilməyib.  

Acı bibərin tərkibində olan kapsaisinin ağrıkəsici funksiyasından kimyterapiyada,  sümük və oynaq ağrılarında ağrıkəsici kimi istifadə edilir.  

Bundan əlavə acı bibərin tərkibində olan sehrli molekul kapsaisin;

- Metabolizmanı sürətləndirərək yağın əriməsini asanlaşdırır.  Xüsusilə piylənmədən əziyyət çəkənlər acı bibərdən çox istifadə etməlidirlər.  

- Aclıq hissini yaradan Ghrelin hormonuna nəzarət edir və insanın bir müddət tox qalmasına kömək edir.  

- Qan damarlarının genişlənməsinə səbəb olaraq qan dövranını tənzimləyir.  

- Həzmə kömək edir və  mədə infeksiyalarını öldürür. 

DİQQƏT! 

Amma unutmamalıyıq ki,  acı bibərin faydasından doğru yararlanmaq üçün müəyyən önləmlər almalıyıq.  

Təcrübələrdə sübut olunub ki, qan sulandırıcı dərman istifadə edən xəstələr kapsaisin qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Açıq yaraların üzərinə bu tərkibdə məlhəmlərdən istifadə edərkən ehtiyatlı olmaq lazımdır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM