Möcüzə - Qozu suda saxlayıb için, faydası inanılmazdır


Qozun daha bir faydası üzə çıxıb.

mocuze
24.05.2019 23:56 2 dəq oxuma

Qozun nə qədər faydalı bir çərəz olduğunu mütəxəssislər hər addım başı xatırladır. Hər kəsin mütləq şəkildə yeməli olduğu qozun daha bir faydası üzə çıxıb.

TurpKimi.com bildirir ki, təmizlənmiş qozu bir stəkan suyun içinə qoyub bir gecə saxlayın. Tərkibi mineral və vitaminlərlə zəngin olan suyun orqanizm üçün faydaları isə bunlardır:

1 – Həzm sisteminə faydalıdır, qəbzliyin, qaz problemləri və şişkinlik kimi bir çox narahatlıqların qarşısını alır. Bir növ detoks rolu oynayır.

2 – Aybaşı pozulmaları yaşayan və sancılı keçən qadınların həmin dövrü daha rahat keçirmələrinə kömək edir.

3 – Qoz suyu əmizdirən və hamilə qadınlara daha çox məsləhət görülür. Hamiləlik dövründə çox kökəlməyə qoymur. Bununla yanaşı qoz suyu içən analar əmizdirərkən suyun tərkibindəki vitaminlər süd yolu ilə uşağa keçir. Uşaq ona lazım olan vitamin və mineralları təbii yolla qəbul etmiş olur.

4 – Tərkibindəki vitaminlərlə beynin funksionallığını gücləndirir. Beləliklə, gələcəkdə Alzheimer kimi beyin xəstəliklərinnə yaxalanma riski aşağı düşür.

5 – Qoz  suyu arıqlamağa kömək edir. Tərkibində olan proteinlərlə bədəndəki yağların yanmasını sürətləndirir. Metbolizmanı sürətləndirdiyi üçün arıqlamaq istəyən şəxslərin hər gün ac qarına bir stəkan qoz suyu içməsi məsləhətlidir.

6 – Tiroidi tarazlayır. Yüksək və aşağı tiroid probleminiz varsa qoz suyu içə bilərsiniz.

7 – Dərinin yumşalmasına, sıxlaşmasına və daha sağlam gorünməsinə səbəb olur. Üzdəki sivilcə və akne kimi problemlərin müalicəsində istifadə olunur.

8 – Dırnaq və saçların güclənməsinə səbəb olur.

9 – Qoz suyu yuxu problem yaşayanlar üçün gözəl içkidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içildikdə daha yaxşı və rahat yatmanıza kömək edəcək. Bu zaman yorğunluq, halsızlıq və gərginlik kimi problemləri azaldır, həyat keyfiyyətinizi isə artırır.

10 – Xolestrolu nizama salır, ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Tərkibindəki fol turşusu, bitki mənşəli Omega-3 və maqnezium kimi vitaminlərlə infarkt riskini azaldır.

11 – Qandakı şəkəri nizamlayır və qan axınını sürətləndirir. Özünüzü daha enerjili və rahat hiss edəcəksiniz.

Qeyd edək ki, qoz suyunu gecə yatmazdan əvvəl və səhər oyandıqda için. Belə ki gecə yatmazdan əvvəl bir stəkan suyun içərisinə 21 ədəd qozu atıb səhərə qədər suda saxlayın. Oyanıb dişlərinizi fırçaladıqdan sonra ac qarına əvvəl qoz suyunu için, sonra qozları yeyin.

Firuzə Alimova / TurpKimi.com