REKLAM

Psixiatr Nərminin qatili barədə - “Özləri təcavüz qurbanları olmuş insanlardır”


Pedofillər özlərinə, əsasən uşaq müəssisələrində iş axtarırlar, qurbanlarını belə yerlərdən seçirlər.

news
REKLAM
  • Bir neçə gündür 10 yaşlı Nərminin faciəsi ilə sarsılıb cəmiyyətimiz. Dünən ard-arda qaçırılıb başı qırxılan, evinə göndərilən 15 yaşlı qız, atası və qardaşının cinsi zorakılığına məruz qalan 13 yaşlı bir başqa qız, təcavüz edilib çayda ölümə tərk edilən 9 yaşlı oğlan barədə xəbərlər yayıldı. Bu qorxunc xəbərlər bu kimi probelmelərin nədən qaynaqlanması barədə suallar doğurmaya bilməz.

TurpKimi.com bildirir ki, klinik psixoloq, psixoterapevt Təhmasib Cavadzadə mövzu ilə bağlı sualları cavablandırıb. 

- Təhmasib bəy, pedofiliyanın yaranma səbəbi nədir?

- Pedofiliya öz-özünə yaranmır. Bu, adətən, həmin insanların öz uşaqlıq dövründə yaşadıqları travmalardan yaranır. Fiziki yox, məhz cinsi zorakılıqdan yaranır. Bu hər zaman təcavüz olmaya bilər. Uşağa qarşı ehtiraslandılmalar olur, ondan sui- istifadə edirlər və bu həmin uşağın ilk seksual təcrübəsi olur. Bu anlamda onda gələcəkdə məhz uşaqlara qarşı cinsi həvəs yaranır.

- Yəni bu bir intiqam hissi deyil?

- Xeyr. Pedofilliyin intiqam hissi ilə əlaqəsi yoxdur. Seksual təcrübəsini bu yöndə öyrəndiyinə görə bu şəkildə meyl yaranır. Cinsi oyanış dövründə yaranmış təcrübə bu yöndə istiqamətləndirir. Məsələn, homoseksuallarla pedofillər arasında 180 dərəcə fərq var. Bir-biri ilə tamamilə əlaqəsizdir. Pedofillər çox zaman özlərini belə qələmə verirlər ki, mən anadangəlmə beləyəm, başıma heç bir təcavüz halı gəlməyib. Əslində belə deyil. Homoseksuallarda bu anadangəlmə oriyentasiya, pedofillərdə sonradan alınmış travma əsasında yaranır. Biri var manyak pedofil, bir də var mülayim pedofil. Hər ikisi cinayət sayılır. Pedofillik xəstəlik sayılır, psixi pozuntu hesab olunur. Pedofiliya anormal cinsi davranış pozuntularından biridir. İngiliscə buna "parafiliya" deyilir. Bura sadomazaxizm, fetişlik, sadistlik də daxildir. Bu xəstəliklərdən biri də pedofiliyadır. Manyak dərəcəsində olanların başqa psixi pozuntuları da olur. Onlar ya təcavüz edib, qorxudub buraxırlar, ya da öldürürlər, cinsi təcavüzdən sonra başqa cür əziyyət də verirlər. Mülayim pedofillər isə uşaqları tovlamaqla yaxınlaşırlar. Həmişə bütöv cinsi akt baş verməyə də bilər. Sürtünmə, toxunma, öpmə, sığallama və. s. Lakin elə bu da cinsi təcavüz hesab olunur. Pedofillər özlərinə, əsasən uşaq müəssisələrində iş axtarırlar, qurbanlarını belə yerlərdən seçirlər. Qurban uşaq gələcəkdə pedofilə çevrilir. 80 faiz pedofildə təcavüz yoxdur, tovladaraq uşaqları özlərinə çəkirlər. Əsasən cinsi akt da olmur. Sadəcə özlərini hətta sığallamaqla belə qane edirlər.

- Pedofillik sağalırmı?

- Yox. Çox ağır müalicələrdən keçmək lazımdır, lakin əsasən nəticəsiz qalır. Ona görə məsələn, Amerikada pedofillərin yaşadığı ərazidə yaşayan insanlara onun barəsində xəbərdarlıq edirlər ki, valideynlər ehtiyatlı olsunlar. Bizim cəmiyyətdə bir-birimizin uşaqlarını əzizləmək, tumarlamaq var və valideynlər buna şirin bir hal kimi baxırlar. Lakin bu düzgün hal deyil. Uşaq buna icazə verildiyini görürsə, pedofilliyə icazə verə bilər. Ona görə diqqət yetirilməli, cinsi tərbiyə verilməlidir. Uşağa mütləq öyrədilməlidir ki, ona heç kim toxuna bilməz.

- Qadınlar da pedofil ola bilərmi?

- Bəli olurlar. Səbəb də çox vaxt eyni olur. Lakin başqa səbəblər də ola bilər. Məsələn, bu barədə xəbərləri eşidir və o öz fantaziyasında pedofil əlaqə qurur. Əgər fantaziyası ona xoş gəlirsə, bunu reallaşdırmağa çalışacaq.

- Cinsi akt zamanı tərəflərdən biri nə zaman pedofil sayılır?

- Qurban cinsi yetkinlik yaşına çatmamış olmalıdır və təcavüz edən tərəf ondan 5 yaş böyük olarsa bu pedofil cinayəti hesab olunur.

- Tutaq ki, təcavüz edənin özünün 15 yaşı var və qurbanı 10 yaşındadır. Bu zaman necə?

- Bu hallarda diqqətli olmaq lazımdır.15 yaşlı yeniyetmə özü cinsi təcrübə dövründədir. Sadəcə bu yaşda uşaqların belə halların cinayət olduğunu başa salmaq lazımdır. Həbsxanalarda mən belə uşaqlarla rastlaşmışam, pedofil kimi damğa yeyib cəza çəkirlər - 8-10. Həm qurbanı travma alır, həm o özü. Əslində belə deyil. Valideynlər çox diqqətli olmalıdırlar. Məsələn, 15 və 10 yaşlı bacı qardaşı və ya eyni cinsdən olan uşaqları evdə tək qoyub getmək olmaz. Onlar bunu sadəcə maraq xətrinə, test üçün də edə bilərlər. Çünki hormonları onları cinsi istəyə yönləndirib və bu onlar üçün gizli bir aləmdir. Bilmək lazımdır ki, pedofil qurbanlarını dəyişir. O, cinsi əlaqəyə girdiyi qurbanı artıq 14 yaşı keçirsə, onu dəyişib bir başqasını tapır. Qurbanların cins fərqi yoxdur. Pedofillərdə çox vaxt fiziki zorakılq təcavüz formada olmur. Sadəcə tovlayır və uşağı qorxudur ki, heç kimə deməsin.

- Azərbaycanda intim dünya barədə danışmaq, ümumiyyətlə seks sözünü işlətmək ayıb sayılır. Lakin həyat bunsuz mümkün deyil. Gənclərin cinsi həyat yaşaması üçün yalnız evlənmələri tələb olunur. Belə olan halda cinsi istəklərini qane etmək istəyən biriləri yəqin ki, xətalı yollara - təcavüzə əl atmalı olurlar. Bu anlamda nə etmək olar ki, gənc oğlan kiməsə zərər verməsin və ya yeniyetmə qurbana çevrilməsin?

- Mən bu barədə danışanda valideynlər üsyan edirlər. Amma məktəblərdə cinsi tərbiyə tədris edilməlidir. Valideynlər uşaqları ilə bu barədə danışmalıdırlar. Uşaq sual verərkən onu başdan etmək olmaz, ən sadə və başa düşəcəyi bir dillə izah edilməli, yeniyetməyə təcavüzün cinayət olduğu, cəzasız qalmaması barədə danışılmalı, mastrubasiya barədə məlumat verilməlidir. Seksual maariflənmə mütləqdir.Valideyn anlamalıdır ki, seksual maariflənməsi olmasa onun öz uşağı qurbana çevrilə bilər.Bunu uşaqlara danışmaqdan utanmaq lazım deyil. Bunu soruşduğuna görə uşağı utandıraraq cəzalandırmaq olmaz.

- Pedofillər, seksual manyakların xarici əlaməti olurmu?

- Xeyr, çox vaxt cəmiyyətdə çox hörmət olunan, normal davranışlı insanlar olurlar. Valideynin vəzifəsi uşaqlarını qorumaqdır, hətta öz qohumlarından və ailə üzvlərindən belə.

- Dünən Azərbaycanda insest hadisəsi barədə oxudum.13 yaşlı qıza atasının və qardaşının cinsi zorakılığına məruz qalıb.

- Bu normal insan deyil. Mütləq psixi pozuntuları, şəxsiyyət pozuntuları vardır. Belə insanlar, ümumiyyətlə qohumuna, doğmasına qarşı hər hansı hərəkətdə anormal olurlar. Normal, düzgün tərbiyəsi olan insanlar buna yol vermirlər.

Bizimyol.info

REKLAM