REKLAM

Göz rənginiz kim olduğunuzdan xəbər verir


Sizin gözünüz hansı rəngdədir?

news
REKLAM

Göz rənginiz düşündüyünüzdən daha çox şey deyir. Bəs sizi bənzərsiz edən göz rənginiz şəxsiyyətiniz haqqında nə deyir?

Ümumiyyətlə gözləriniz nə düşündüyünüzü üzə çıxarır. Hüzün, qəzəb və sevinc kimi hisslər gözlərdən aydın olur. Lakin gözləriniz sadəcə hiss və duyğularınızı deyil, şəxsiyyətinizi də ortaya qoyur.

TurpKimi.com bildirir ki, İsveçdə universitet tərəfindən aparılan araşdırmada gözlərinizin hansı rəngdə olmasına səbəb olan genin beyninizdəki hissəcikləri yaradan genlə eyni olduğu göstərilib. Edinburq Universitetindən Dr.Anthony Fallone “göz nevroloji olaraq beynə o qədər yaxından bağlıdır ki, beynin çöldən görə biləcəyiniz yeganə hissəsidir”, deyə bildirib.

Qəhvə rəngli gözlər

Gözləri bu rəngdə olan insanlar lider olaraq doğularlar. Bunu özləri anlamaya bilərlər, amma dünyanın bir çox yerində onlar bu cür qəbul edilir. Bu insanlar digər insanlardan fərqli olaraq daha çox güvən verərlər. Gözlərinizin rəngi daha tünddürsə, bu, dərinizdə və bədəninizdə daha çox melanin piqmentinin (rəng verən zülal) çox olmasına dəlalət edir. Bu da tez düşünmə qabiliyyəti ilə əlaqəlidir.

Mavi

Mavi gözlü insanlar, adətən incə və cazibədar olaraq qəbul edilirlər. Lakin onlar böyük daxili gücə sahibdirlər. Araşdırmalar mavi gözlü qadınların digərləri ilə müqayisədə işləməyə dayanıqlı olduğunu göstərib. Həmçinin mavi gözlü insanların spirtli içkiyə dözümlülüyü daha yüksəkdir.

Boz

Boz rəngli gözlər bir növ mavi gözlərdir. Boz rəngli insanları oxumaq, adətən çətindir. Qapalı və iki insana məxsus xasiyyətləri olur. Açıq boz rəngli gözlərə sahib insanlar əlçatmaz görünə bilərlər, ancaq bir dəfə icazə verdilərsə, sahib ola biləcəyiniz ən sadik dostdurlar.

Yaşıl

Bütün göz rəngləri arasında ən nadir olanıdır. Yaşıl gözlü insanlar çox yaradıcı olurlar. Araşdırmalar yaşıl və qəhvərəngi gözlü insanların liderlik bacarıqlarına və mavi gözlü insanların isə daxili gücə sahib olduğunu göstərib.

Firuzə Alimova / TurpKimi.com

REKLAM