SOVET TƏHSİLİ bir mifdir və onu məhv etmək çox asandır


Müəllimin elmi məlumatları paylaşan bioloji səs kitabı olduğunu düşünmək böyük bir səhvdir.

sovet-tehsili-bir-mifdir-ve-onu-mehv-etmek-cox-asandir
08.09.2022 14:10 2 dəq oxuma

Açıq İnnovasiyalar Forumunun idarəedici partnyoru, təhsil üzrə ekspert Aleksandr Laryanovski sovet təhsil sislteminin boşluğundan danışıb.

Təhsil sistemi əgər yeni texnologiyaların yaradılmasına xidmət etmirsə, bu sistemin rəqabət qabiliyyətli olması qeyri-mümknüdür. Təhsil yalnız ideoloji məsələlərə xidmət etməməlidir. Onun kökündə yeni tələblərlə ayaqlaşmaq, texniki elmlərin çəkisini artırmaq, elmi-kütləvi jurnallara dövlət dəstəyini gücləndirmək dayanmalıdır.

Ekspertin sözlərinə görə, bu gün rus təhsili xarici təhsillə rəqabət apara bilməz və rəqəmsal texnologiyanın inkişafına bu sistemin töhfə verməsi hələ ki, mümkün olmayıb.

“Müəllimin elmi məlumatları paylaşan bioloji səs kitabı olduğunu düşünmək böyük bir səhvdir”, – deyə Laryanovski vurğulayıb. O, hesab edir ki, əslində bu, onun işinin ən əhəmiyyətsiz hissəsidir: “Motivasiya ilə işləmək daha vacibdir. Gec-tez, qarşımızda kimin, ya da süni intellektin kim olduğunu anlamayacağımız bir texnologiya ilə qarşılaşacağıq”.

Təhsil üzrə mütəxəssis vurğulayıb ki, elmi fantastikanın ortaya atdığı nəzəriyyələr reallaşır: “Artıq ən inkişaf etmiş ölkələrin təhsil sistemi buna hazırdır. Amma biz hələ mövcud stereotiplləri sındıra bilmirik”, – deyən ekspert yeni təhsil erasında alqoritmlərin insanın öyrənməsinə kömək edəcəyini qeyd edib. Və müəllim olmadan bu sistem işləməyə bilər.

Laryanovskinin sözlərinə görə, bütün texnologiyalar yalnız təhsilin xidmətə çevrilməsi üçün lazımdır: “İndi təhsil prosesi və nəticəsi üçün heç kim məsuliyyət daşımır, çünki dərslərdən sonra beyində qalan biliklərə görə heç kim cavabdeh deyil. Texnologiya isə bu nəticəni təsdiqləmək və təhlil etmək üçün çalışmalıdır. Bu gün təhsildəki texnologiya, metodologiya və materiallar günün tələblərinə cavab verimir. Buna görə təhsildə yeni dünya ilə səsləşən ciddi məlumatlar yoxdur”.

Mütəxəssis belə bir şərh verib ki, Rusiya sovet təhsili ənənələrindən yaxa qurtara bilmir. Bütün fənlərin bərabər şəkildə tədrisi uşaqlarda tədrisə marağın azalması fonunda  davam edir. Sovet təhsili də belə idi. Motivasiya yox idi və ya yerində sayırdı. Ekspert qeyd edir ki, əslindən sovet təhsili əldə etdiyi uğurların eyforiyasına qapılmışdı və dünyanın yeni diqtəsini hiss etmirdi. Çünki qapalı rejimdə özünü haqlı saymaqla guya inkişaf edirdi. Şagirdlərdə riyazi, məntiq, və digər elmi-texniki məlumatlar köhnə idi və bu gün də sistemimizdə bu sahədə ciddi irəliləyiş yoxdur. Mütəxəssis Çin təhsilini misal gətirərək göstərir ki, açıq rejimə keçən çinlillər təhsilini rəqabətqabiliyyətli edə bilib. Bu gün dünyaya meydan oxuyan ölkələrdən biri olan Çin bu uğurlarına görə məhz təhsildə aparılan ciddi islahatlara borcludur. Bu ölkədə motivasiyanın yeni əsasları yaradılıb, “təhsil sistemində zərərli heç nə yoxdur” prinsipi yaxına buraxıldı və bu gün o ölkə qısa onillikdə çox güclü sıçrayışla öndə durub.

Yazılıb: 04.11.2019-cu ildə...

Fadil Paşayev