Xoşbəxt yaşlanmağın formulları - Bəxtəvər olmaq üçün nə etməli?


İnsan yarandığı gündən xoşbəxt olmağın formulunu axtarır. Fərqli deyimlər, məsləhətlər çox zaman müzakirə mövzusu olub. Bununla razılaşanlar da olub, qarşı çıxanlar da.

xosbext-yaslanmagin-formullari
06.07.2023 15:30 2 dəq oxuma

Elmi araşdırmalara görə,  xoşbəxtlik siyahısına uyaraq yaşamaq heç də çətin deyil.

TurpKimi.com xoşbəxt olmaq üçün hazırlanan daha bir siyahını təqdim edir:

1- Ailənizdə olan xəstəlikləri yaxşı bilin. Öz sağlamlığınızın  mütəxəssisi olun. Həkiminiz özünüz olun.

2- Qəhvə için. Süd və şəkərli qəhvə içməməyə çalışın. 

3- Yaşıl sahələrdə, parkda, bağda, bağçada  ən azı 15 dəqiqə vaxt keçirin. Ayağınızı torpağa basın.  Meşə torpağında olan  mikroblar depressiyaya qarşı mübarizədə rol oynayır. Ağacların buraxdığı maddələr də  gərginliyi azaldır.

4- Gündə yarım saat iri addımlarla tərləyəcək şəkildə yürüşə çıxın.

 5-Hər gün "oruc" tutun. Hər gün 14-16 saat oruc tutmaq bağırsaqları  gücləndirir, Alzheimer və diabetdən qoruyur.

6- 40 yaşından sonra vücud hər il əzələlərin 1 faizini itirir. İdmanla məşğul olmaq, tərəvəz yemək və yaxşı yatmaq bunun qarşısını alır.

7-Kitab oxumaq və daimi yeni şeylər öyrənmək  beyni güclü edir.

8 - Uzun illər çalışmaq, işləmək zehni, yaddaşı qoruyur.

9-Günortadan sonra 30 dəqiqə zarafat etmək  ağlı gücləndirir.

10- Dərmanlardan asılılığın azaldılması Alzheimer xəstəliyinə tutulma riskini azaldır.

11- Zeytun yağı ürəyi qoruyur.

12-Gündə 10-20 dəfə tullanmaq sümük əriməsinə qarşı qoruyur.

13- Yaşıl yarpaqlı tərəvəzlər, kələm, brokoli, soğan, sarımsaq kimi qidalar immuniteti gücləndirir.

14- Sağlam, etibarlı dostları olmayanlarda erkən ölüm riski 29 faizdir.

15- Asta-asta yemək,  gecə yemək yemə vərdişinin tərgidilməsi diabetə mane olur.

16-Yaxşı və keyfiyyətli yuxu üçün axşam telefon, tablet kimi mavi parlaq ekranlara baxmamalısız.

17- Qarğıdalı, qırmızı bibər, kök, qırmızı kələm yemək gözləri qoruyur.

18-Heyvanlara baxmaq və onu gəzməyə aparmaq qan təzyiqi və xolesterini azaldır.

19 - Antioksidant deposu sarıkök qaraciyəri qoruyur.

20-Həyat hər zaman pozitiv baxmaq zehni qoruyur.

Sonda təbii ki, bu sadəcə olaraq bir formuladır. Xoşbəxtlik hər insanın beyninə və hiss etdiklərinə  görə dəyişir.  

Zehninizi yaxşı şeylərlə məşğul etməyinizi diləyirik.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

\