REKLAM

Gözü kor edən sevgi  deyil, hormonlardır - Aşiq olmağın tibbi və elmi açıqlaması


Ürəyimiz də eynilə şüşə stəkanlar kimi həssas və kövrəkdir. Bütün dünyada və ölkəmizdə insan ömrünü qısaldan xəstəlik ürək və damar xəstəlikləridir.

news
REKLAM

Ürək xəstələndikdə infarkt olmağa və ürəyin zəifləyərək öz funksiyasını yerinə yetirməməyə səbəb olur. Xəstəlikdən əlavə insan bir yaxınını itirdikdə də ürəyini qıra bilər. Ürək əzələlərinə eynilə infarkt keçirirmiş kimi təsir edə bilər. 

Müasir tibb bizə bu gün ürək xəstəliyinin tale ilə bağlı  olmadığını, önlənə bilər bir xəstəlik olduğunu deyir. Ağıllı, şüurlu və həyatı sevən, həyata sevinc  dolu gözlərlə baxan  adamın qəlb qırıqlığı yaşamağı çox aşağı bir ehtimaldır.

TurpKimi.com  həkim-psixiatr  Esra Uğurlu Koçerin sevgi haqda maraqlı açıqlamalarını diqqətinizə çatdırır.  

İnsanın həyatı boyunca dada biləcəyi ən tərifsiz duyğu eşqdir. O yalnız ürəyi deyil,  beyni və bədəni də əsarətinə alır. Aşiq olan adamın beynində sanki hormon fırtınası yaşanır. Əvvəl həzz və kef verən dopamin, sonra xoşbəxtlik verən seratonin, ardından da asılılq yaradan oksitosin hormonu ifraz olunmağa başlayır. Beyin ancaq bu həzzi yaşayır, nəticədə insan digər şeyləri görməz olur. Beləcə "sevginin gözü kordur"  ifadəsi məsəl olmaqdan çıxır və elmi həqiqətə çevrilir.

Eşq, sanki illərdir əskikliyi hiss edilən, tapıldığında da həyatın bütün mənasının dəyişəcəyinə inanılan bir duyğu kimi təyin oluna bilər. Əskikliyini tamamlama istəyi ilə axtarışa  çıxan insanoğlu tapdığında da bu duyğuya təslim olar. Şüurlu şəkildə yanaşma mümkün olmadığından, ümumiyyətlə seçimlər söz mövzusu olmaz. "Başa gələn çəkilər" deyimi ilə  davam edər.

Sevgi hormonu 

Eşq, yalnız romantik deyil, eyni zamanda fizioloji bir müddətdir. Aşiq olan adamın davranışlarında dəyişikliklər yaranır.  Bu dəyişiklikləri də fizioloji müddətlər təyin edər. Eşq, insan beyni üçün bir növ həzz qaynağıdır. Bu sistem mükafat ilə yaxından əlaqəli olan dopaminin ifrazı ilə aktiv olar. Dopamindən asılı olan bu sistem seratoninin (xoşbəxtlik hormonu) da azalmasına səbəb olar. Eyni zamanda “sevgi hormonu” kimi tanınan oksitosinin ifrazı ilə  birlikdə bağlanma mexanizmi dövrəyə girər. Kiməsə bağlanan insanlarda da bənzər mexanizmlər işləyər. 

Hormonlar mədədə kəpənəkləri uçurdar

- Aşiq olan adamda davranış dəyişiklikləri müşahidə edilər. Əvvəlcə enerji artır.  Xüsusilə aşiq olduğu adam ilə qarşılaşdığında həyəcanlanma, ürəkdə döyüntünün artması,  əllərdə titrəmə, yuxusuzluq, iştahsızlıq yaranar. 

- Eynilə vurulduğu, aşiq olduğu  kəsdən uzaq qalanda əhvalı pisləşər, asılılıq yaradar və bir an əvvəl ona çatmaq üçün sürətli və idarəsiz hərəkət etməyə başlar. Bu idarəsiz hərəkətlər də səhv etməyi asanlaşdırar.

- Yəni aşiq olmağın  başlanğıcındakı xoşbəxt enerji artımı yerini bir müddət sonra narahatedici enerji artımına buraxar. Bundan əlavə insanın  beyninin içində olan amiqdala bölgəsi təhdid ilə əlaqəli ən əhəmiyyətli sahədir. Amiqdala aşiq olduğunuz adamın yanında olanda  daha az işləyər və beləcə başlanğıcda (qısa bir müddət də olsa) eşq həyatınıza hüzur gətirmiş olar.

Eşqdə hormonların sözü keçər

Beynin bəzi bölgələri (medialfrontal sahələri) empati ilə doğrudan əlaqəlidir. Aşiq olduğumuzda qarşımızdakı adama qarşı dözümlülüyümüz elə çox artar ki, səhvlərini görməməyə başlayarıq və onunla əlaqədar tənqidlərə qapanarıq, yəni eşitməz olarıq. Buna bağlı olaraq da ətrafımızdakı digər insanlara qarşı dözümlülüyümüz azalar. O nə deyirsə doğrudur, etdiyi hər şey normaldır. Yəni eşqin  gözü kordur.

Eşqin  gətirdiyi hüzur əvvəlki kimi yüksək enerji və motivasiya ilə davam etməz. Adam bir müddət sonra normal həyatına davam edə bilmək üçün bu enerjinin azalmasına ehtiyac duyar. Bu müddətləri sağlam bir şəkildə keçirən adam həyatına dinc olaraq davam edər. Yəni, sağlam bir eşq, insanoğlunun təkamülünü tamamlamasına, həyatının normal şəkildə davam etməsinə dəstək olar.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

REKLAM