Oturuş tərziniz şəxsiyyətiniz haqda nələrdən xəbər verir?


Oturarkən qıçlarınızı necə tutursunuz? Oturma tərziniz şəxsiyyətiniz haqqında bir çox şey haqda  məlumat verir. 

oturus-terziniz-sexsiyyetiniz-haqda-nelerden-xeber-verir
09.01.2022 08:12 2 dəq oxuma

Bədən dili ümumiyyətlə sözlərdən daha çox şey haqda mesaj verir. 

 Digər insanlarla ünsiyyət qurarkən, yalnız sözlərimizdən daha çox şeyi  söyləyərik. Əslinə məsələ tam olaraq nə söylədiyimizlə əlaqədar deyil, bunu söyləyərkən necə hiss etdiyimizlə əlaqədardır. Duyğularımız haqqında danışmaq çətin ola bilər, buna görə duyğularımızı ümumiyyətlə bədən dilimizlə paylaşırıq. 

Bədən dili həqiqi hiss və həyəcanı açıqca ortaya qoya bilər. Ona görə də kimliyindən asılı olmayaraq ünsiyyət qurarkən bədən dili önəmlidir. Bundan əlavə  bədən dili  kim  və ətrafınızla necə bir əlaqənizin olduğunu da çatdıra bilər.

Turpkimi.com oturma tərzi ilə bağlı maraqlı məqamları oxucuların diqqətinə çatdıracaq. 

A Şəkli

Bu şəkildə oturan insanlar çox yaradıcı və karizmatikdir. Spontan strukturları vardır və aldıqları  qərarlar üzərində çox uzun düşünməzlər. Bu vəziyyət davamlı olaraq bəzi problemlərə səbəb ola bilər, ancaq təbii cazibədarlıqları, çətin vəziyyətlərdən xilas olmalarına kömək edir. Bu insanlar həyatı bir macəra kimi görərlər və yeni təcrübələrə açıqdırlar. Eyni zamanda çox məşhurdurlar və asanlıqla yeni yoldaşlar əldə edərlər, amma bu əlaqələrin çoxu müvvəqqəti, gəldi-gedərdir.

B Şəkli

Bu mövqedə oturan insanlar gerçək xəyalpərəstlərdir. Zəngin təxəyyülə sahibdirlər və xəyallarında tamamilə özlərindən keçərlər. Çox anlayışlıdılar və digər insanlarla asanca ünsiyyət qura bilərlər. Bu səbəblə də  bəzən özlərini arxa planda tuta bilərlər. Çox yaxşı dinləyicidilər və öz duyğularını yaxşı bilirlər.  

 C Şəkli

Belə şəxslər fikirlərini bir yerə toplamaq və  hərəkətsiz oturmaq mövzusunda çətinlik yaşayan insanlardır. Zehinləri daim hərəkətdədir və ümumiyyətlə söylədikləri sözlərin nələrə səbəb olacağını düşünmədən danışarlar.Tez  sıxılarlar və diqqət müddətləri çox qısadır. Əgər bir mühitdə ona diqqət edən çoxdursa, daha da gözə girməyə çalışarlar.  Əlaqələri sürətlə dəyişə bilərlər. Tez-tez diqqətlərini təkrar cəlb edə biləcəkləri insanlara ehtiyac duyarlar. 

D Şəkli

Bunlar ümumiyyətlə şüurlu düşünən, ağıllı insanlardır. Dəqiq, nizamlı və tərtiblidirlər. Evləri ümumiyyətlə par-par parlayar,  yığcamdır və hər şeyin özünə uyğun bir yeri vardır, təmizkardırlar. Bir az özlərinə  qapalıdırlar və özləriylə əlaqədar hər şeyi asanlıqla büruzə verməzlər. Yenə də çox dürüstdülər və dedi-qodu etməkdən qəti xoşlanmazlar. Hər vəziyyətdə soyuqqanlıqlarını qoruyarlar və dünyagörüşlərini asan bir şəkildə itirməzlər.
 

E Şəkli

Bu şəxslər hədəfi olan insanlardır və kariyeralarına son dərəcə dəyər verərlər. Özləri üçün iddialı hədəflər qoyarlar və  əsla kifayətlənməzlər. Fərdi bir səviyyədə, məsələn sağlamlıq və sevgi söz mövzusu olduğunda yenə hədəflər qoymağı sevərlər. Öz görünüşləri də daxil olmaq üzrə hər mövzuda mükəmməlliyətçidirlər. Bu vəziyyət bəzən sahib olduqları şeyləri gözdən qaçırmalarına səbəb olar, çünki hər vaxt daha çoxunu arzu edərlər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb:27.04.2020