Qadınlar evdə tək qalarsa...


Hər kəsin bəzən tək qalmağa ehtiyacı var. İş-güc, ev-eşik,  uşaq-böyük,  qohum-əqrəba bütün bunlar zaman-zaman bir qadının yorulmasına, həyatdan zövq almamasına gətirib çıxarda bilir.

qadinlar-evde-tek-qalarsa
04.02.2019 16:41 2 dəq oxuma

Ona görə də bir qadının evdə tək qalanda nələr edə biləcəyini təxmin etmək elə də çətin deyil.

TurpKimi.com qadınların tək qaldıqları zaman nələr edə biləcəyini təqdim edir:

İstədikləri qədər yemək yemək

Hər dəfə şokoladı doyunca yemək alınmır. Evdə tək qalanda qadınların istəyinə heç nə mane ola bilmir.  Ürəkləri istədikləri qədər yeyirlər.

Mənasız televiziya proqramlarını izləmək

Hər bir qadın divana istədiyi kimi uzanaraq baxmağa vaxt tapmadığı, bəzən də tənqid etdiyi mənasız televiziya proqramlarını izləmək istəyər. Bu qısa vaxt əylənmək üçün bir vasitədir.

Musiqi dinləmək, mahnı oxumaq və doyunca rəqs etmək

Evdə heç kəs olmayanda qadınlar musiqinin səsini yuxarı qaldırmaq, doyunca rəqs etmək və oxumaq istəyirlər. Bu ən sevimli məşğuliyyətlərdən biridir.

Duş qəbul etmək

İstədiyiniz kimi bol köpüklü duş qəbul etmək,  vücudu dinləndirmək,  üz dərisi və bədən üçün maska çəkmək. Buna yox deyən qadını tapmaq olmaz.

Oxumağa vaxt tapmadıqları jurnal və ya kitabları oxumaq

Rahat bir yataqda uzanaraq istədikləri romanıə yarımçıq qoymadan bir nəfəsə oxumağı kim istəməz ki? Bir neçə səhifədən sonra yatmaq ehtimalı da var.

Tək oturaraq səssizliyin dadını çıxartmaq

Xüsusilə uşaqlı qadınlar üçün səssizlikdə oturub çay içmək göydən düşmə fürsətdir. Çoxları üçün bu adi gələ bilər. Amma qadınlar üçün səssiz və təmiz evdə oturmaq müalicə terapiyası deməkdir.

Alış-verişə çıxmaq

Tələsmədən istədikləri geyimi seçmək və istədikləri qədər paltarlara baxmaq qadınlar üçün inanılmaz fürsətdir.

Yatmaq

Bir qadın üçün yatmaq xoşbəxt olmağın ən gözəl yollarından biridir. Kişilər üçün bu adi ola bilər. Amma qadınlar üçün  hər dəfə ələ keçməyən fürsətdir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com